İlham Əliyev BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru ilə görüşmüşdür

14 may 2013, 19:00
İlham Əliyev BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru ilə görüşmüşdür

Prezident İlham Əliyev Vyanada BMT-nin Sənayenin İnkişafı Təşkilatının başdirektoru Kandeh Yumkella ilə görüşmüşdür.

Görüşdə baş direktor Kandeh Yumkella Azərbaycana səfərini məmnunluqla xatırladı, dünyada gedən qloballaşma proseslərinətoxunaraq sənaye, energetika və digər sahələrdəmüşahidə olunan meyllərdən, bəşəriyyəti narahat edən problemlərdən danışdı. 

Müasir dövrün çağırışlarından bəhs edən BMT rəsmisi dünyadakı işsizlik problemlərinə toxundu.
 
Prezident İlham Əliyev Azərbaycandakı iqtisadi inkişaf proseslərini diqqətə çatdıraraq, ölkəmizdəyoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması, energetika və digər sahələrdə görülən tədbirlər barədə məlumat verdi, respublikamızınəldə etdiyi uğurlardan danışdı. 
 
Görüşdə Azərbaycan ilə BMT-nin Sənayenin İnkişafı Təşkilatı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.
 
Prezident İlham Əliyev fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55