İlham Əliyev BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru ilə görüşmüşdür
Text size
14 may 2013, 19:00
Prezident İlham Əliyev Vyanada BMT-nin Sənayenin İnkişafı Təşkilatının başdirektoru Kandeh Yumkella ilə görüşmüşdür.
Görüşdə baş direktor Kandeh Yumkella Azərbaycana səfərini məmnunluqla xatırladı, dünyada gedən qloballaşma proseslərinətoxunaraq sənaye, energetika və digər sahələrdəmüşahidə olunan meyllərdən, bəşəriyyəti narahat edən problemlərdən danışdı.
Müasir dövrün çağırışlarından bəhs edən BMT rəsmisi dünyadakı işsizlik problemlərinə toxundu.
Prezident İlham Əliyev Azərbaycandakı iqtisadi inkişaf proseslərini diqqətə çatdıraraq, ölkəmizdəyoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması, energetika və digər sahələrdə görülən tədbirlər barədə məlumat verdi, respublikamızınəldə etdiyi uğurlardan danışdı.
Görüşdə Azərbaycan ilə BMT-nin Sənayenin İnkişafı Təşkilatı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.