İlham Əliyev paytaxtın Füzuli və Mirzağa Əliyev küçələrinin arasında yaradılan yeni istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur

27 aprel 2013, 17:05
İlham Əliyev paytaxtın Füzuli və Mirzağa Əliyev küçələrinin arasında yaradılan yeni istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur

Prezident İlham Əliyev paytaxtın Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa olunan yeraltı avtomobil dayanacağının üstündə salınan park, bağ və fəvvarələr kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşdur.

Son illər Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər ardıcıl olaraq davam etdirilir. Paytaxtımızın park və xiyabanları müasir şəkildə qurulur, yaşıllıq zolaqları salınır, yeni istirahət guşələri yaradılır. Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında yeraltı avtomobil dayanacağının üstündə müasir park kompleksinin inşası Bakı şəhərinin simasının daha da yeniləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir.

Dövlətimizin başçısı kompleksdə həyata keçirilən inşaat işlərini daim nəzarətdə saxlayır, burada aparılan tikintinin gedişi ilə mütəmadi olaraq maraqlanır.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına inşa olunan park kompleksinin layihəsi əsasında məlumat verdi. Bildirildi ki, yeni salınan bu park kompleksi şəhərin içərisində ən böyük parkdır. Ərazisi 7 hektar olan parkın 20 min kvadratmetrlik sahəsinə qranit və keramit plitələr döşənmişdir. Park kompleksinin 6 min kvadratmetrlik sahəsinə, eləcə də ətrafdakı küçə və prospektlərə asfalt örtüyü çəkilir. Kompleksin 35 min kvadratmetrlik ərazisindən 32 min kvadratmetr hissəsində artıq yaşıllıq zolağının salınması işləri başa çatdırılmışdır. Həmin əraziyə 35 min kubmetr münbit torpaq töküldüyü bildirildi. Burada 2000-ə yaxın ağac, 10 mindən çox isə bəzək kolu, çoxlu sayda gül və çiçəyin əkiləcəyi, ərazinin bütünlüklə yaşıl otlarla örtüləcəyi qeyd olundu. Yaşıllaşdırma işlərinin 90 faizi artıq icra olunmuşdur.

Bildirildi ki, parkda inşa olunan və ən müasir tələblərə cavab verən 5 fəvvarədə tamamlama işləri aparılır. Texniki mərtəbədə fəvvarələr üçün ayrıca stansiya quraşdırılmışdır. Yaşıllıq zolaqları avtomatik sistemlə suvarılacaqdır. Park kompleksində yeni yarımstansiyanın quraşdırıldığı və ən müasir işıqlandırma sisteminin böyük bir hissəsinin başa çatdığı qeyd olundu. Parkda üç yay kafesi fəaliyyət göstərəcəkdir. Kompleksin ətrafındakı binalarda və ərazilərdə də əsaslı şəkildə abadlıq və quruculuq işlərinin davam etdirildiyi bildirildi.

Prezident İlham Əliyev Füzuli küçəsindəki 39 nömrəli binanın sürüşdürülmə yolu ilə köçürülmə prosesi ilə də tanış oldu. Qeyd edək ki, 1908-ci ildə Hacınski qardaşları tərəfindən inşa etdirilən bu bina tarixi memarlıq abidələri sırasına daxildir. Dövlətimizin başçısının tarixi memarlıq abidələrinin qorunması və bərpa edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq 18 min ton ağırlığında olan bu tarixi memarlıq binasının əvvəlki görkəmi saxlanmaqla 10,5 metr sürüşdürmə yolu ilə yerinin dəyişdirilməsi prosesinə aprelin 23-də başlanmışdır. Sürüşdürülmə prosesini dünyada bu sahədə ən qabaqcıl təcrübəyə malik olan Hollandiyanın “Bresser” şirkəti həyata keçirir.

Proses barədə Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, binanın köçürüləcəyi yeni ərazidə möhkəm təməl qoyulmuşdur. Bu da tarixi binanın davamlılığının uzun müddət üçün artırılmasına kömək edəcəkdir. Sürüşdürülmə prosesinin bu gün axşam saatlarında başa çatdırılacağı qeyd olundu.

Prezident İlham Əliyev sürüşdürülmə prosesini izlədi.

Sonra dövlətimizin başçısı park, bağ və fəvvarələr kompleksində aparılan inşaat işlərinin gedişi ilə yaxından tanış oldu, müvafiq tapşırıq və tövsiyələrini verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42