İlham Əliyev Mingəçevirdə Bayraq Meydanı ilə tanış olmuşdur

17 aprel 2013, 15:50
İlham Əliyev Mingəçevirdə Bayraq Meydanı ilə tanış olmuşdur

Prezident İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində şəhərin girişində salınan Bayraq Meydanı ilə tanış olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağımızın yenidən ölkəmizin müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında müstəsna xidmətlərindən biridir. İlk dəfə Naxçıvan Muxtar Respublikası ərazisində dalğalanan bayrağımız indi mühüm beynəlxalq tədbirlərdə, mötəbər mərasimlərdə, ictimai-siyasi toplantılarda öz görkəmli yerini qoruyub saxlayır. Üçrəngli bayrağımız müxtəlif mədəniyyət tədbirlərində və idman yarışlarında qaldırılaraq milli birliyimizi təcəssüm etdirir, bütün soydaşlarımızın qəlbini qürur hissi ilə doldurur. Azərbaycan Prezidentinin dövlət atributlarına olan ehtiramının nəticəsidir ki, bu gün hər bir azərbaycanlı bayrağımızı özünün qürur mənbəyi hesab edir. Dövlət atributlarının qorunmasına və təbliğinə Prezidentin həssas münasibətini 2009-cu il 9 noyabr tarixinin Azərbaycanda Dövlət Bayrağı Günü kimi təsis edilməsi də təsdiqləyir. Paytaxt Bakı ilə yanaşı, son illərdə bölgələrdə yaradılan Bayraq meydanları da gənc nəslin vətənpərvərlik hisslərinin daha da gücləndirilməsinə xidmət edən mühüm amillər sırasındadır. Bu baxımdan Mingəçevirdə salınan Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı da möhtəşəmliyi ilə diqqəti cəlb edir.

Dövlətimizin başçısına məlumat verildi ki, Mingəçevirdə Bayraq Meydanının inşasına ötən ilin iyununda başlanılmış, bu ilin martında başa çatdırılmışdır. Meydan şəhərin giriş hissəsində, Heydər Əliyev prospektində yerləşir. Bayraq dirəyinin hündürlüyü 42 metrdir. Bayrağın ətrafında Azərbaycanın xəritəsi, dövlət himni və gerbi əks olunmuşdur. Meydanda inşa olunan fəvvarə buranı daha da gözəlləşdirir. Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmışdır. Burada müxtəlif adda gül və bəzək kolları əkilmiş, meydanda müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Şəhər sakinlərinin istirahəti üçün meydanda hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev Bayraq Meydanında yaradılmış şəraitdən məmnunluğunu bildirdi. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 02 iyun 2025
15:49
“Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya...

02 iyun 2025, 15:49
SƏNƏDLƏR Fərmanlar 02 iyun 2025
15:47
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

02 iyun 2025, 15:47
SƏNƏDLƏR Qanunlar 02 iyun 2025
15:45
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda...

02 iyun 2025, 15:45