İlham Əliyev Mingəçevir şəhərində səfərdə olmuşdur

16 aprel 2013, 14:45
İlham Əliyev Mingəçevir şəhərində səfərdə olmuşdur

Prezident İlham Əliyev Mingəçevir şəhərində səfərdə olmuşdur.

Dövlətimizin başçısı bir sıra sosial infrastruktur obyektlərinin açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev yeni inşa olunan Heydər Əliyev Mərkəzinin qarşısında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sonra dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin açılışında iştirak etdi.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məlumat verdi ki, Mərkəzin tikintisinə 2008-ci ilin avqustunda başlanmışdır. Sahəsi 6 min kvadratmetr olan Mərkəzdə ən müasir standartlar tətbiq edilmişdir.

Prezident İlham Əliyev Mərkəzin akt zalı ilə tanış oldu. Geniş və işıqlı akt zalı 570 nəfərlikdir. Mərkəzdə dövlət atributları haqqında xüsusi guşə yaradılmışdır. Qeyd olundu ki, burada gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmaları, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün kurslar təşkil olunacaqdır.

Daha sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

X X X

Prezident İlham Əliyev Müşfiq Mirzəyev adına “Dostluq” parkında aparılan yenidənqurma işləri ilə tanış oldu. Ümumi ərazisi 6 hektar olan parkda müasir işıqlandırma sistemi və fəvvarə quraşdırılmış, geniş yaşıllıq zolaqları salınmışdır.

X X X

Prezident İlham Əliyev Gənclər Evinin də açılışında iştirak etdi.

Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına məlumat verdi ki, üçmərtəbəli binanın sahəsi min kvadratmetrdir. Bu Gənclər Evi respublika üzrə ən böyük gənclər mərkəzlərindən biridir. Bu Mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaqdır.

Prezident İlham Əliyevə ölkədə inşa olunan və tikintisi nəzərdə tutulan idman qurğuları, 2015-ci ildə Avropa Oyunları ilə bağlı görülən işlər barədə də məlumat verildi.

X X X

Sonra dövlətimizin başçısı yenidənqurma işlərinin aparıldığı Sahil Parkına gəldi.

Prezident İlham Əliyevə məlumat verildi ki, parkın ümumi ərazisi üç min kvadratmetrdir. İstirahət guşəsində 20 min kvadratmetrlik ərazidə geniş yaşıllıq işləri aparılmışdır. Bildirildi ki, hazırda Kür çayı üzərində sərnişin daşıyan asma kanatlı liftin quraşdırılması prosesi gedir. Uzunluğu 212 metr olacaq iki liftlə gün ərzində 1000 nəfəri daşımaq mümkün olacaqdır.

X X X

Prezident İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində Kür çayı sahilindəki istirahət kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış oldu.

Dövlətimizin başçısına məlumat verildi ki, yeni yaradılan sahilyanı istirahət kompleksinin ərazisi 1,5 hektardır. Burada şəhər sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır.

X X X

Daha sonra Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhərində Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunlarının Alayı və Su Ehtiyatları Dövlət Agentliyinin İdarəsinin tikintisi layihələrinə baxdı.

X X X

Prezident İlham Əliyev Mingəçevir su anbarının inteqrə olunmuş təhlükəsizlik sistemi ilə tanış oldu.

Dövlətimizin başçısına raport verən fövqəladə hallar naziri Kamaləddin Heydərov bildirdi ki, burada mövcud olan mühafizə və təhlükəsizlik sistemləri mükəmməlliyi ilə seçilir.

Mingəçevir su anbarının mühafizə sisteminin sxeminə və maketinə baxan Prezident İlham Əliyev inteqrə olunmuş təhlükəsizlik sistemi haqqında filmi və əraziyə şərti müdaxiləyə qarşı əməliyyatı izlədi.

Dövlətimizin başçısına təhlükəsizlik sisteminin ən mühüm elementlərindən olan çəpərlər və videokameralar barədə məlumat verildi.

X X X

Prezident İlham Əliyev Mingəçevirdə 502 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllədə yaradılan şəraitlə də tanış oldu.

Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsi Səidə İbrahimovanın mənzilində olan Prezident İlham Əliyevə məlumat verən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, burada hər cür şərait yaradılmışdır.

Ev sahibi məcburi köçkünlər üçün yaradılan bu gözəl şəraitə görə dövlətimizin başçısına təşəkkür etdi.

Yeni məhəllədə klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası və poçt şöbəsi tikilmişdir.

Prezident İlham Əliyev məhəllədə 480 şagird yerlik Ağdam rayon 52 nömrəli tam orta məktəbində yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, bu məhəllə qaçqın və məcburi köçkünlər üçün indiyədək salınan sayca 78-ci yaşayış məntəqəsidir.

X X X

Daha sonra Bayraq Meydanına gələn Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər Əliyev prospektində yerləşən bayraq dirəyinin hündürlüyü 42 metrdir. Bayrağın ətrafında Azərbaycanın xəritəsi, dövlət himni və gerbi əks olunmuşdur. 

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 18 noyabr 2026
14:24
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...

18 noyabr 2026, 14:24
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:46
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:               

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...

17 noyabr 2026, 15:46
SƏNƏDLƏR Fərmanlar 17 noyabr 2026
15:44
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...

17 noyabr 2026, 15:44
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:43
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:                                               

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...

17 noyabr 2026, 15:43
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:41
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                              

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...

17 noyabr 2026, 15:41
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                                          

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış ...

17 noyabr 2026, 15:40
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:30
“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...

16 noyabr 2026, 13:30