İlham Əliyev Hacıqabulda yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış olmuşdur

16 aprel 2013, 10:20
İlham Əliyev Hacıqabulda yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış olmuşdur

Prezident İlham Əliyev Hacıqabul rayonunda səfərdə olmuşdur.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sonra Azərbaycan Prezidenti parkın ərazisində yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış oldu.

Məlumat verildi ki, Mərkəz 2008-ci ilin mayından fəaliyyət göstərir. Ötən ilin fevralından burada aparılan yenidənqurma işlərindən sonra bina genişləndirilmiş, ümumi sahəsi 260 kvadratmetrdən 1172 kvadratmetrə çatdırılmışdır. Mərkəzdə əlavə olaraq ekspozisiya zalı, foto, xalq yaradıcılığı və rəsm studiyaları, elektron kitabxana, xarici dil mərkəzi, konfrans və kino zalları yaradılmışdır. Bu, rayon gənclərinin ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi, eləcə də bilik və bacarıqlarının artırılması, xarici dillərə yiyələnməsi, elektron kitabxanalardan geniş istifadə etməsi üçün geniş imkan açır.

Mərkəzdə ulu öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində və ölkəmizin müstəqilliyi dövründə Hacıqabula səfərlərini, rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən maraqlı fotolar toplanmışdır. Xalq yaradıcılıq studiyasında gənclər qədim və müasir xalçaçılıq, toxuculuq, naxışvurma sənətinin sirlərinə yiyələnəcəklər. Mərkəzdə fəaliyyət göstərəcək rəsm studiyası rayon gənclərinin rəssamlıq sənəti ilə məşğul olmalarına imkan yaratmaqla yanaşı, həm də onların istedadlarını nümayiş etdirmələri üçün geniş imkanlar açır. Heydər Əliyev Mərkəzinin xarici dil bölməsində gənclər ingilis, fransız, rus, alman dillərini öyrənə biləcəklər. Bunun üçün onlar bölmədə quraşdırılan müasir texniki vasitələrdən istifadə edəcəklər.

Burada yaradılan avtomatlaşdırılmış kitabxanada informasiya sistemindən istifadə edilir. Kitabxanada xüsusi sistemin köməyi ilə elektron kataloq yaradılmışdır. Bu sistemdə hazırda on baza fəaliyyət göstərir. Burada, həmçinin “Ümummilli lider”, “ Yeni kitablar”, “Retro kitablar”, “Dövri mətbuat”, “Diyarşünaslıq”, “Elektron resurslar CD – DVD” adlı biblioqrafik məlumat bazaları yaradılmış, Azərbaycan Respublikasının qanunlarının, Prezidentin Fərman və sərəncamlarının tam mətnləri elektron kitabxananın tərkib hissəsi olan bazada yerləşdirilmişdir. Oxucular istər lokal, istərsə qlobal şəbəkədə qanunların, fərmanların və sərəncamların tam mətnini əldə edə bilərlər. Kitabxananın bütün elektron resursları sistemin veb modulu vasitəsilə dünya informasiya məkanına çıxarılır. Kitabların elektron kataloqu və dövri mətbuatın elektron kartotekaları hazırlanır və oxucuların istifadəsinə verilir.

Mərkəzlə tanışlıqdan sonra Azərbaycan Prezidenti Heydər Əliyev parkını gəzdi.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Prezident İlham Əliyevə məlumat verdi ki, parkda 2011-ci ilin sentyabrından yenidənqurma işlərinə başlanmışdır. Ümumi sahəsi 1,5 hektar olan parkda rayon sakinlərinin istirahətinin təmin edilməsi üçün geniş imkanlar yaradılmışdır. Burada uşaq əyləncə və istirahət mərkəzi, 320 yerlik yay teatrı və kafe inşa edilmişdir. Parkda müasir işıqlandırma sistemi quraşdırılmış, yaşıllıq zolaqları salınmışdır. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 may 2025
16:59
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi...

13 may 2025, 16:59
SƏNƏDLƏR Sərəncamlar 13 may 2025
16:57
B.V.Əhmədovun Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsini rəhbər tutaraq qərara alıram:

1. Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin...

13 may 2025, 16:57
SƏNƏDLƏR Sərəncamlar 12 may 2025
15:27
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29...

12 may 2025, 15:27
SƏNƏDLƏR Fərmanlar 12 may 2025
15:25
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

12 may 2025, 15:25
SƏNƏDLƏR Qanunlar 12 may 2025
15:23
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

12 may 2025, 15:23