İlham Əliyev “CATEF-2013” - birinci Xəzər Beynəlxalq su texnologiyaları sərgisi ilə tanış olmuşdur

11 aprel 2013, 18:20
İlham Əliyev “CATEF-2013” - birinci Xəzər Beynəlxalq su texnologiyaları sərgisi ilə tanış olmuşdur

Bakı Sərgi Mərkəzində “CATEF-2013” - birinci Xəzər Beynəlxalq su texnologiyaları sərgisi işə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi ilə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirdi ki, son illərdə Azərbaycanda şəhər və rayon mərkəzlərinin, kənd və qəsəbələrin su təchizatı yenidən qurulur. Bu sahədə beynəlxalq maliyyə təşkilatları və xarici şirkətlərlə əməkdaşlıq genişlənir. Həmçinin ölkəmizdə su təchizatı və kanalizasiya sektorunda reallaşdırılan genişmiqyaslı layihələr, yeni texnologiyaların tətbiqi perspektivləri isə sərmayəçilərin regiona marağını daha da artırır. “CATEF-2013“ sərgisi də bunun bariz nümunəsidir.

Bildirildi ki, “CATEF-2013” sərgisi Xəzər regionunda su texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış tədbirdir. “Azərsu” ASC-nin təşəbbüsü və fəal dəstəyi ilə təşkil olunan sərginin tərəfdaşı “Iteca Caspian” MMC-dir. Cənubi Qafqaz regionunda bu mövzuya dair ilk dəfə keçirilən sərgi su texnologiyalarına olan marağı nümayiş etdirir. Burada iştirak edən 23 ölkədən 70-dən çox şirkət içməli su təchizatı və kanalizasiya sahəsində mövcud olan ən yeni texnologiyaları və xidmətləri nümayiş etdirir. Bu sərgidə yerli və xarici şirkətlərə öz məhsullarını və texnologiyalarını nümayiş etdirmək üçün gözəl fürsət yaradılmışdır.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, sərgidə ABŞ, Avropa ölkələri, Yaponiya və Koreya Respublikası şirkətlərinin üstünlük təşkil etməsi yüksək texnologiyalar sahəsində təcrübəsi olan müəssisələrin bu tədbirə böyük önəm verdiyini təsdiqləyir. “CATEF-2013”də Azərbaycan ilə yanaşı, Türkiyə, ABŞ, Koreya Respublikası, Almaniya, İsveçrə, Yaponiya, Avstriya, Fransa, İsveç və digər ölkələrdən olan şirkətlər su infrastrukturuna dair məhsullarını və xidmətlərini təqdim edir. Bu, yeni texnologiyaların tətbiqi, xarici investisiyaların cəlb edilməsi və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi baxımından belə sərgilərin əhəmiyyətini təsdiqləyir.

Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu.

ABŞ-ın “Dow” şirkətinin pavilyonu ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, müəssisə sənaye suları və regionlarda istifadə olunan sular, yaşayış yerlərinin içməli suları və suyun təkrar istifadəsi zamanı tətbiq edilən ion mübadilə qatranları, habelə elektrik deionizasiya məhsullarının geniş çeşidini təklif edir. Hazırda bu şirkət Bakıda içməli suyun təmizlənməsi üçün dünyanın ən böyük ultrasüzgəc qurğusunun hazırlanmasında yaxından iştirak edir. Həmin qurğunun quraşdırılmasının 2013-cü ildə başa çatdırılması nəzərdə tutulmuşdur. Qurğu gün ərzində 520 min kubmetr həcmində içməli suyun təchiz olunmasına imkan verəcəkdir.

Bazarda aparıcı mövqeyə sahib olan Almaniyanın “Herrenknecht” şirkəti mexaniki üsulla tunelqazıma sistemləri sahəsində tətbiq olunan texnologiyalar üzrə lider müəssisələrdəndir. “Herrenknecht” dünyada istənilən torpaq tipi üçün bütün diametrlərdə ən müasir tunelqazıma maşınları istehsal edən yeganə şirkətdir.

İsveçin “Nordic Water Products AB” şirkətinin pavilyonunda dövlətimizin başçısına məlumat verildi ki, müəssisə dənəvər hissəcikləri ayırmaq üçün istifadə olunan ələklərin, eləcə də onların avadanlığının çatdırılmasını və quraşdırılmasını həyata keçirir.

Rusiyanın “Ecoline” şirkəti isə şüşə lifli plastik materialdan avadanlıq hazırlayır. Buraya əsasən məişət və istehsal obyektlərində yaranan tullantı suların təmizlənməsi üçün istifadə olunan avadanlıq, həmçinin kanalizasiya sularının təmizlənməsi və nasosla vurulması üçün məhsullar daxildir.

Sonra Prezident İlham Əliyev “Ekoton” beynəlxalq tədqiqat və istehsal şirkətinin pavilyonuna baxdı. Şirkət tullantı suların təmizlənməsi üzrə Rusiyada ən iri müəssisə hesab olunur. Avadanlıq Rusiya, Ukrayna, Polşa və Qazaxıstanda yerləşən zavodlarda istehsal edilir.

Sərgidə yerli şirkətlər də geniş təmsil olunur. Prezident İlham Əliyevin iştirakı ilə 2009-cu ildə istismara verilən Sumqayıt Texnologiyalar Parkının Cənubi Qafqaz və Mərkəzi Asiyada bənzəri yoxdur. Bu müəssisədə müxtəlif profilli zavodlar fəaliyyət göstərir. Onlardan biri də polimer məmulatlar zavodudur. Zavodda yüksək təzyiqə davamlı qaz, su, alüminium təbəqəli çoxqatlı polietilen, şüşə lifli üçqat fiber borular və digər məhsullar istehsal olunur.

Azərbaycan Prezidenti “Azərsu” ASC-nin pavilyonuna gəldi.

Cəmiyyətin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, pavilyonda Bakıda, Abşeron yarımadasında və regionlarda həyata keçirilən layihələri əks etdirən stendlər təqdim olunur.

Prezident İlham Əliyevə Abşeron yarımadasının 2013-cü ildə su alacaq qəsəbələri, o cümlədən 2035-ci ilədək perspektiv inkişafı nəzərdə tutan “Master plan” barədə məlumat verildi. Bildirildi ki, hazırda ölkənin 38 şəhər və rayon mərkəzində, həmçinin 350-dən çox kənddə su və kanalizasiya layihələri icra edilir. “SCADA” idarəetmə və məlumatların əldə olunması sistemi vasitəsilə Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyətinə online rejimdə nəzarət edilir. Dövlətimizin başçısına, həmçinin yeraltı infrastrukturun elektron xəritəsinin hazırlanmasını nəzərdə tutan “Azərsu-GİS” layihəsi barədə məlumat verildi.

Prezident İlham Əliyev Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun, mərkəzi laboratoriyanın, cəmiyyətin yeni inzibati binasının, Hövsan aerasiya stansiyasının maketlərinə də baxdı. Bildirildi ki, mərkəzi laboratoriyada tikinti işləri yekunlaşmaq üzrədir və bu il istifadəyə veriləcəkdir. Diqqətə çatdırıldı ki, icra olunan layihələrin daha keyfiyyətlə həyata keçirilməsi, müasir texnologiyanın və xarici təcrübənin öyrənilməsi məqsədi ilə cəmiyyətin əməkdaşları Sinqapur, Türkiyə, Koreya Respublikası və digər ölkələrdə, eləcə də daxili təlimlərdə iştirak edirlər.

Fransanın “SUEZ Environnement” şirkətinin pavilyonunda olan Prezident İlham Əliyevə məlumat verildi ki, müəssisə və onun filialları içməli su resursları, sanitar-nəzarət və tullantıların idarə edilməsi sahəsində milyonlarla insana və təsərrüfat subyektlərinə qabaqcıl təcrübə təqdim edir.

Türkiyənin “Elektromed” şirkəti isə su, qaz və istilik miqdarını ölçmə sahələrində geniş məhsul çeşidi təqdim edir.

Azərbaycan Prezidentinə bildirildi ki, sərgi ilə eyni vaxtda Xəzər Beynəlxalq su texnologiyaları forumu da keçirilir.
Sərgi ilə tanışlıqdan sonra dövlətimizin başçısı “CATEF–2013” - birinci Xəzər Beynəlxalq su texnologiyaları sərgisi və forumunun işinə uğurlar arzuladı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42