15:10
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı...
20 may 2025, 15:10
- Sizi ürəkdən salamlayıram. Qəbələ Mədəniyyət Mərkəzinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox gözəl, möhtəşəm binadır. Çox gözəl memarlığa malikdir. Eyni zamanda, burada bütün tədbirlərin keçirilməsi üçün çox gözəl şərait vardır. Keçən dəfə Qəbələdə olarkən mərkəzin tikintisi ilə tanış olmuşdum və bu gün biz bu gözəl mərkəzin açılışında bərabər iştirak edirik.
Bu, doğrudan da gözəl hadisədir. İlk növbədə, Qəbələdə müasir mədəniyyət, incəsənət mərkəzinin tikilməsinə böyük ehtiyac var idi, digər tərəfdən ölkəmizin ümumi inkişafını göstərir. Çünki belə gözəl, həm memarlıq, həm funksional cəhətlərdən çox gözəl binaların tikilməsi onu göstərir ki, Azərbaycan dövləti uğurla inkişaf edir. Biz bu inkişafı Qəbələ rayonunun timsalında açıq-aydın görürük. Çünki burada həm sosial, həm mədəniyyət, infrastruktur layihələri uğurla icra edilir. Bir müddət bundan əvvəl biz Qəbələ Beynəlxalq Aeroportunun açılışını qeyd edirdik. O vaxt müəyyən fikirlər var idi ki, bu aeroport necə işləyəcək, işləyəcəkmi, yoxsa yox? Ancaq o vaxt mən demişdim ki, əgər biz Qəbələdə müasir turizm obyektlərini yaratmaq istəyiriksə, mütləq beynəlxalq aeroport olmalıdır. Artıq buradan xarici ölkələrə uçuşlar təşkil edilir. Bu uçuşların sayı getdikcə artacaqdır. Qəbələ rayonunun sakinləri və ətraf rayonlarda yaşayan soydaşlarımız da bundan istifadə edirlər. Eyni zamanda, xarici qonaqlar da Qəbələyə indi rahat gələ bilirlər. Yəni, aeroportun tikilməsi, mədəniyyət ocaqlarının, otellərin yaradılması – bütün bunlar reallıqdır və bu, son illərin reallıqlarıdır.
Bu gün Qəbələ ölkəmizin mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilibdir. Bakıdan, digər yerlərdən, digər şəhərlərdən, başqa ölkələrdən buraya gələnlərin sayı getdikcə artır. Turizmin inkişafı gələcəkdə yəqin ki, Qəbələ rayonunun iqtisadi inkişafının müəyyən faizini öz üzərinə götürəcəkdir. Bu, elə bir sahədir ki, bu sahə daim inkişafda olur və iş yerlərinin yaradılmasına kömək, eyni zamanda, rayonun inkişafına və ölkəmizin dünyada tanınmasına xidmət göstərir. Bu gün müasir otellər, turizm kompleksləri, istirahət zonaları açılır. Əlbəttə, belə gözəl mədəniyyət mərkəzinin açılışı görülən bütün bu işlərə əlavə dəstək verəcəkdir.
Qəbələ artıq dünyada çox məşhur şəhərə çevrilibdir. Qəbələ musiqi festivalları artıq gözəl ənənədir. Dünyanın aparıcı musiqi kollektivləri bu festivalda iştirak etmək üçün gəlirlər. Bilirəm ki, bir dəfə gələnlər ondan sonra da gəlmək istəyirlər. Bu da çox gözəl əlamətdir. Çünki burada görülən işlər, qonaqlara göstərilən qonaqpərvərlik, yaradılan şərait, otellər və ümumiyyətlə, gözəl nadir ab-hava Qəbələyə turistləri daha da böyük dərəcədə cəlb edəcəkdir. Buraya gələn hər bir xarici qonaq öz ölkəsinə qayıtdıqdan sonra əlbəttə ki, Qəbələ haqqında, Azərbaycan haqqında tanışlarına və dostlarına məlumat verir.
Beləliklə, vaxt keçdikcə Qəbələ haqqında dünyada daha da dolğun məlumat əldə edilir və bu da çox sevindirici haldır. Çünki ölkəmizin inkişafı, eyni zamanda, bölgələrin inkişafından keçir. Doqquz il bundan əvvəl regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi ilə o vaxtdan bu günə qədər regionlarda çox böyük işlər görülmüşdür. Regionlarla paytaxt arasındakı fərq azalır. Baxmayaraq ki, paytaxt da sürətlə inkişaf edir. Bu fərqi azaltmaq o qədər də asan məsələ deyildir. Ancaq hər bir şəhərdə yaşayış üçün normal şəraitin yaradılması bizim son illərdə apardığımız siyasətin əsas istiqaməti olmuşdur. Hər bir yerdə iş yerləri, gözəl şərait, yüksək səviyyədə tibbi xidmət olmalıdır, təhsil müəssisələri təmir edilməlidir. Qəbələnin inkişafı bunu göstərir. Əvvəlki illərdə gözəl diaqnostika mərkəzi tikilmişdir, məktəblər təmir olunur.
Yenə də deyirəm, turizm infrastrukturu yaradılır. Qəbələdə dağ xizəyi mərkəzi yaradılır. Bu da son illərin reallıqlarıdır. Çünki Azərbaycanda turizm üçün müxtəlif imkanlar vardır - Xəzər dənizi, meşələr, dağlar. Ancaq heç vaxt dağ xizəyi mərkəzləri olmamışdır. Sovet dövründə qonşu respublikalarda olmuşdur, Azərbaycanda olmamışdır. Ancaq bizim təbii şəraitimiz, iqlimimiz buna imkan verir və qərar qəbul edilmişdir ki, Azərbaycanda turizm, eyni zamanda, bu istiqamətdə də inkişaf etsin. Artıq bir neçə aydır ki, Qusar rayonundakı Şahdağ turizm xizək mərkəzi fəaliyyətə başlamışdır. Bu yaxınlarda mənə verilən məlumata görə, şənbə-bazar günlərində iki min insan, turist gəlir, bu imkanlardan istifadə edir. Yəni, bu, Qusar rayonunun inkişafına böyük bir dəstəkdir, orada gedən bütün işlərə böyük təkan verəcəkdir.
Eyni qaydada Qəbələdə də xizək mərkəzi yaradılır. Yəqin ki, gələn ildən, bəlkə də artıq bu ilin sonundan fəaliyyətə başlayacaqdır. Bu da əlavə turistlərin cəlb edilməsinə şərait yaradacaqdır. Buraya gəlmək üçün artıq beynəlxalq aeroport var, gözəl yollar çəkilir, infrastruktur layihələri icra edilir. Onların içində bildiyiniz kimi, indi əsas prioritet içməli su layihələridir. Bu layihələr Qəbələdə də həyata keçirilir, yaxın zamanlarda başa çatacaqdır. Qazlaşdırma istiqamətində işlər gedir, kənd yolları bərpa olunur, ən yüksək texnologiyalara uyğun şəkildə, yeni sənaye müəssisələri, heyvandarlıq fermaları yaradılır. Bax, bu hərtərəfli inkişaf hər bir yerdə getməlidir. Sosial, iqtisadi məsələlər, sənaye, infrastruktur obyektlərinin və mədəniyyət ocaqlarının, tarixi, dini abidələrimizin bərpası və tikilməsi – biz bütün bu işləri kompleks şəkildə aparırıq. Qəbələdə bax bu səpkili məsələlər uğurla icra edilir. Qəbələliləri bütün bu uğurlar münasibətilə təbrik etmək istəyirəm. Sizə yeni uğurlar, cansağlığı arzulayıram.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı...
20 may 2025, 15:10Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi, ölkənizin daha da inkişafı və...
20 may 2025, 15:05Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - 28 May – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Malavi hökuməti, xalqı adından və öz adımdan təbrik etməkdən...
20 may 2025, 15:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya...
20 may 2025, 14:55Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz Qardaşım.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq, xalqınıza daha çox tərəqqi və...
20 may 2025, 14:50Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.
Sizə cansağlığı,...
20 may 2025, 14:45Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırım.
Çex...
20 may 2025, 14:40Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu yaxınlarda...
20 may 2025, 14:35Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edir və ən xoş arzularımızı...
20 may 2025, 14:30