İlham Əliyevin və Serbiya Prezidenti Tomislav Nikoliçin təkbətək görüşü olmuşdur

08 fevral 2013, 15:20
İlham Əliyevin və Serbiya Prezidenti Tomislav Nikoliçin təkbətək görüşü  olmuşdur

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin təkbətək görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi.

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin Azərbaycan Respublikasına rəsmi səfərinin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı. Azərbaycan ilə Serbiya arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi.

Görüşdə ikitərəfli, regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55