11:07
Əlahəzrət,
İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim firavanlıq...
06 iyun 2026, 11:07Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi bildirməkdən böyük şərəf və məmnunluq duyuram.
Müstəqillik Günü Azərbaycan xalqının milli yaddaşının ən şanlı səhifələrindən biri kimi onun azadlıq və istiqlaliyyət arzularının gerçəkləşdiyi tarixi dönüş nöqtəsidir. Bu il Müstəqillik Günü ilə müqəddəs Qurban bayramının eyni vaxta təsadüf etməsi milli azadlıq ideallarının türk xalqlarının daim uca tutduğu xeyirxahlıq, mərhəmət, birlik və həmrəylik kimi ali mənəvi dəyərlərlə vəhdətini parlaq şəkildə təcəssüm etdirərək, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinə və zəngin mənəvi irsinə sarsılmaz bağlılığını göstərir.
Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın fəal mövqeyi türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşməsinə, qardaşlıq ruhunun möhkəmlənməsinə qiymətli və ardıcıl töhfələr verir. Azərbaycan dövlətinin Türk Dövlətləri Parlament Assambleyasının fəaliyyətinə göstərdiyi daimi diqqət və dəstəyin təşkilatımızın inkişafında, parlamentlərarası dialoq və əməkdaşlıq platforması kimi nüfuzunun artmasında xüsusi rolunu vurğulayaraq,
Zati-alinizə bir daha dərin minnətdarlığımı bildirirəm.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına və Türk dünyasına davamlı sülh, rifah və tərəqqi arzulayıram.
Yüksək hörmət və ehtiramla,
Ramil Həsən
Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi
Əlahəzrət,
İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim firavanlıq...
06 iyun 2026, 11:07Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə vətəndaşlarımız adından və öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizə...
05 iyun 2026, 18:49Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Portuqaliya xalqı adından və şəxsən öz adımdan səmimi...
05 iyun 2026, 18:43Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Dost ölkənizin Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən...
05 iyun 2026, 17:07Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Monqolustan xalqı adından səmimi təbriklərimi çatdırıram.
Məmnuniyyətlə...
05 iyun 2026, 16:20Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, xalqınıza davamlı tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan...
05 iyun 2026, 15:18Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
2-ci dərəcəli...
05 iyun 2026, 15:16Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının...
05 iyun 2026, 15:14Hörmətli iştirakçılar,
Hamınızı Ümumdünya Ətraf Mühit Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycanın regionda ilk dəfə olaraq bu qlobal tədbirə ev sahibliyi etməsi mühüm hadisədir. Bu, Azərbaycanın beynəlxalq...
05 iyun 2026, 12:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab Prezident.
Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan sevinc...
04 iyun 2026, 17:28Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.
Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Zati-alinizə ən səmimi...
04 iyun 2026, 17:27Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Allahın salamı, rəhməti və bərəkəti üzərinizdə olsun.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş...
04 iyun 2026, 17:26