10:03
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilsin. ...
19 noyabr 2026, 10:03
Prezident İlham Əliyev Beynəlxalq İdman Atıcılığı Federasiyasının baş katibi Frants Şrayberi qəbul etmişdir.
Beynəlxalq İdman Atıcılığı Federasiyasının baş katibi Frants Şrayber Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi.
Ölkəmizlə yaxından tanış olduqlarını deyən Frants Şrayber Qəbələdəki idman kompleksinə getdiklərini və Bakıda bir sıra idman obyektlərinə baş çəkəcəklərini vurğulayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqətin önəmini qeyd etdi. Frants Şrayber 2014-cü ildə Atıcılıq Federasiyasının stend atıcılığı üzrə dünya kubokunun finalının Azərbaycanda təşkil olunacağını, 2015-ci ildə isə dünya kubokunun stend atıcılığı üzrə mərhələ yarışlarının ölkəmizdə keçiriləcəyini qeyd edərək Federasiya üçün böyük əhəmiyyət daşıyan bu tədbirlərə Azərbaycanın ev sahibliyi etməsini ölkəmizin beynəlxalq idman əməkdaşlığı sahəsində yeni uğuru kimi dəyərləndirdi.
Dövlət başçısı ölkəmizdə idmanın müxtəlif növlərinin sürətlə inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev Beynəlxalq İdman Atıcılığı Federasiyasının ölkəmizin müvafiq qurumları ilə əməkdaşlığının önəmini qeyd etdi. Azərbaycanın müxtəlif beynəlxalq idman yarışlarının keçirilməsinə hazır olduğunu bildirən Prezident İlham Əliyev artıq bir sıra dünya kuboklarının, Avropa çempionatlarının ölkəmizdə təşkil olunduğunu, 2015-ci ildə isə ilk Avropa Oyunlarına respublikamızın ev sahibliyi edəcəyini Azərbaycanda idmanın inkişafına yaradılan yüksək şəraitin göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı bu cür beynəlxalq yarışların gələcəkdə də uğurla keçiriləcəyinə ümidvar olduğunu vurğuladı.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilsin. ...
19 noyabr 2026, 10:03Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyət...
19 noyabr 2026, 10:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsi...
19 noyabr 2026, 10:01Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...
18 noyabr 2026, 14:24Hörmətli cənab Prezident,
Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Latviya əlaqələrinin inkişafı...
18 noyabr 2026, 14:02Əlahəzrət,
Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali d...
18 noyabr 2026, 14:00
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...
17 noyabr 2026, 15:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...
17 noyabr 2026, 15:44Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...
17 noyabr 2026, 15:43Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...
17 noyabr 2026, 15:41