İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Klaud Heqidən

11 fevral 2026, 17:21

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident.

Sizin və Ermənistanın Baş nazirinin mühüm əhəmiyyətə malik nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyinizdən məmnun oldum.

Mən uzun müddət həm Cenevrədə, həm də ölkənizə səfərlərim zamanı Sizin Azərbaycan xalqının xoşbəxt, firavan, təhlükəsiz gələcəyini konkret və beynəlxalq səviyyədə tanınmış dəyərlərlə təmin etmək istiqamətində göstərdiyiniz səyləri izləmişəm.

Bir neçə il əvvəl təşəbbüs göstərərək təsis etdiyim və həmin vaxtdan etibarən rəhbəri olduğum İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatası Azərbaycan Respublikasının iqtisadi inkişafına, Ermənistanla sülhün əldə olunmasına töhfə vermək, İsveçrə şirkətlərini azad edilmiş ərazilərin bərpası ilə bağlı genişmiqyaslı fəaliyyətlərə cəlb etmək, həmçinin müxtəlif xalqları və millətləri bir-birinə yaxınlaşdıran layihələri təşviq etməklə Cənubi Qafqaz regionunun rifahı naminə yorulmadan səy göstərir.

Ölkənizdə geniş təcrübəyə malik olan və onu İsveçrədə daha yaxından tanıtmağa çalışan palatamızın bölgədə formalaşan yeni sülh mühitinə uyğun, dayanıqlı və konkret iqtisadi təşəbbüslərin dəstəklənməsi istiqamətində əvvəlkindən daha qətiyyətlə fəaliyyət göstərdiyinə əmin ola bilərsiniz.

Cənab Prezident, sülhə nail olan Zati-alinizə səmimi təbriklərimi çatdırır, Azərbaycanı və bütün Cənubi Qafqazı dünyanın ən sabit və inkişaf edən bölgəsinə çevirmək yolunda möhtəşəm fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Dərin hörmətlə,

 

Klaud Heqi

İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti

SƏNƏDLƏR Fərmanlar 12 mart 2026
14:52
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il fevralın 4-də Dubay şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri...

12 mart 2026, 14:52
SƏNƏDLƏR Fərmanlar 12 mart 2026
13:33
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr...

12 mart 2026, 13:33
SƏNƏDLƏR Fərmanlar 11 mart 2026
15:53
“Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları”nın və “Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan...

11 mart 2026, 15:53