2 Fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə

02 fevral 2026, 10:18

Əziz gənclər!

Sizi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl gənclərimizin geniş və açıq müzakirə tribunasına çevrilmiş ilk ümumrespublika gənclər forumunun keçirildiyi günün ölkəmizdə Gənclər Günü kimi qeyd olunması ənənəsi və bu cür forumların müntəzəm təşkili sübut edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən onilliklər ərzində icra olunan dövlət proqramları nəticəsində gənclərin fərdi inkişafı və ictimai-siyasi fəallığının artması üçün əlverişli zəmin yaranmış və dövlət quruculuğunda onların rolu daha da güclənmişdir.

Sevindirici haldır ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizə dərindən bağlı olmaqla yanaşı, həm də müasir dünyanın inkişaf tendensiyası ilə ayaqlaşa bilən intellektual gənc nəsil formalaşmışdır. Sizlər bu gün iqtisadiyyatdan elm və mədəniyyətə qədər bütün sahələrdə dövlətimizin qüdrətini artıran bir qüvvəsiniz. Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, zəngin mədəni irsimizin qorunması və beynəlxalq aləmdə tanıdılması yolunda atdığınız hər addım xalqımızın ümumbəşəri ideallara sadiqliyinin ifadəsidir.

Dövlətimizin yaratdığı hərtərəfli şəraitin və aşıladığı vətənpərvərlik ruhunun nəticəsidir ki, Azərbaycan gəncliyi üçün böyük imtahan olan 44 günlük Vətən müharibəsində gənclərimiz misilsiz rəşadət göstərdilər. 30 illik işğala son qoyaraq xalqımızın Qələbə əzmini bütün dünyaya nümayiş etdirən qəhrəmanlarımızın əksəriyyətini məhz gənclər təşkil etmişdir. Bu Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir.

Əminəm ki, müasir tariximizin yeni intibah dövründə də Azərbaycan gəncliyi öz innovativ potensialı və yaradıcı enerjisi ilə dövlətimizin gələcək inkişafına layiqli töhfələr verəcəkdir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 fevral 2026-cı il

SƏNƏDLƏR Sərəncamlar 29 iyul 2026
19:35
E.F.Cəfərovanın Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Esmira Firudin qızı Cəfərova Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

İlham...

29 iyul 2026, 19:35
SƏNƏDLƏR Sərəncamlar 29 iyul 2026
19:34
T.T.Tağızadənin Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

İlham...

29 iyul 2026, 19:34
SƏNƏDLƏR Sərəncamlar 29 iyul 2026
19:33
T.T.Tağızadənin Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri...

29 iyul 2026, 19:33
SƏNƏDLƏR Sərəncamlar 29 iyul 2026
19:32
K.T.Xasiyevin Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

İlham...

29 iyul 2026, 19:32
SƏNƏDLƏR Sərəncamlar 29 iyul 2026
19:31
K.T.Xasiyevin Azərbaycan Respublikasının Serbiya Respublikasında, eyni zamanda Monteneqroda və Şimali Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Serbiya Respublikasında, eyni zamanda Monteneqroda və Şimali Makedoniya Respublikasında...

29 iyul 2026, 19:31
SƏNƏDLƏR Sərəncamlar 29 iyul 2026
19:30
R.N.Sadıqbəylinin Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar...

29 iyul 2026, 19:30
SƏNƏDLƏR Sərəncamlar 29 iyul 2026
19:29
Q.M.İsrafilovun Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında...

29 iyul 2026, 19:29
SƏNƏDLƏR Sərəncamlar 29 iyul 2026
19:28
R.N.Sadıqbəylinin Azərbaycan Respublikasının Avstriya Respublikasında, eyni zamanda Sloveniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Avstriya Respublikasında, eyni zamanda Sloveniya Respublikasında fövqəladə və...

29 iyul 2026, 19:28
SƏNƏDLƏR Fərmanlar 29 iyul 2026
19:22
“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli...

29 iyul 2026, 19:22
SƏNƏDLƏR Qanunlar 29 iyul 2026
19:20
“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci, 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin...

29 iyul 2026, 19:20
SƏNƏDLƏR Sərəncamlar 28 iyul 2026
14:12
E.C.Qəhrəmanın Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin...

28 iyul 2026, 14:12