“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

29 iyul 2026, 19:20

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci, 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413 (Cild I); 2024, № 5 (I kitab), maddə 486, № 12 (II kitab), maddə 1329; 2025, № 6, maddə 529; 2026, № 1, maddə 7) 94-cü maddəsinin dördüncü hissəsi ləğv edilsin.

Maddə 2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1 (Cild I); 2024, № 5 (I kitab), maddə 489, № 7, maddə 748, № 8, maddə 934; 2025, № 2, maddə 96, № 6, maddə 539, № 7, maddə 606, № 12 (I kitab), maddə 1123; 2026, № 1, maddə 15, № 3, maddə 210; Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 425-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.2-ci maddədən “Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana),” sözləri çıxarılsın;

2.2. 8.1.3-cü maddədən “Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı,” sözləri çıxarılsın.

Maddə 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208 (Cild I); 2024, № 2, maddə 137, № 5 (I kitab), maddələr 489, 491, № 6 (I kitab), maddə 644; 2025, № 1, maddə 16, № 2, maddələr 96, 105, № 4 (I kitab), maddə 322, № 6, maddə 528; 2026, № 1, maddə 8, № 3, maddə 209) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 20-ci maddə üzrə:

3.1.1. 20.1.6-cı maddədən hər iki halda “və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)” sözləri çıxarılsın;

3.1.2. 20.1.6-1-ci maddədən “, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili (ombudsman)” sözləri çıxarılsın;

3.1.3. 20.9-cu maddədə “şəxslərin” sözü “şəxsin” sözü ilə əvəz edilsin;

3.1.4. 20.9-1-ci maddədən “, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın)” sözləri çıxarılsın;

3.2. 37.3.4-cü maddədə beşinci halda “şəxslər həmin maddədə sadalanan vəzifələrdə” sözləri “şəxs həmin maddədə qeyd edilən vəzifədə” sözləri ilə əvəz edilsin.

Maddə 4. Keçid müddəa

Bu Qanun qüvvəyə minənədək Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan şəxslərə və onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin tarixədək qüvvədə olan normaları tətbiq edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyul 2026-cı il

SƏNƏDLƏR Sərəncamlar 17 sentyabr 2026
16:00
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                       

Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Famil Front oğlu Mustafa...

17 sentyabr 2026, 16:00
SƏNƏDLƏR Müraciətlər 17 sentyabr 2026
10:35
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına

Hörmətli tədbir iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısında Bakı şəhərində səmimi-qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Bu mötəbər tədbirin ilk dəfə Azərbaycanda təşkil edilməsi m...

17 sentyabr 2026, 10:35
SƏNƏDLƏR Sərəncamlar 16 sentyabr 2026
16:00
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                               

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Ülvi Zahid oğlu Quliyev “Şöhrət” orde...

16 sentyabr 2026, 16:00
SƏNƏDLƏR Sərəncamlar 16 sentyabr 2026
11:29
Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Auditorlar Palatasının 30 illiyi münasibətilə qərara alıram:

Auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Auditorlar Palat...

16 sentyabr 2026, 11:29
SƏNƏDLƏR Müraciətlər 16 sentyabr 2026
11:28
“Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına

Hörmətli konfrans iştirakçıları!

Sizi Bakıda Azərbaycan Respublikası Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransda səmimi-qəl...

16 sentyabr 2026, 11:28