İlham Əliyev Sloveniyanın Baş naziri ilə görüşmüşdür

16 yanvar 2013, 16:25
İlham Əliyev Sloveniyanın Baş naziri ilə görüşmüşdür

Prezident İlham Əliyevin Sloveniya Respublikasının Baş naziri Yanez Yanşa ilə təkbətək görüşü olmuşdur.

Dövlət başçısı Sloveniyanın Baş naziri Yanez Yanşa ilə NATO-nun Çikaqo sammiti zamanı görüşünü və ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı apardığı müzakirələri məmnunluqla xatırladı. Azərbaycan ilə Sloveniya arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayan Prezident İlham Əliyev Yanez Yanşanın ölkəmizə səfərinin uğurlu olacağına, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığımızın genişləndirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin qurulması işinə təkan verəcəyinə ümidvar olduğunu bildirdi.

Baş nazir Yanez Yanşa böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin iqtisadi əlaqələrimizin genişləndirilməsi baxımından önəmini qeyd etdi. Bakıda təşkil olunacaq Azərbaycan-Sloveniya biznes forumu zamanı əməkdaşlığımıza dair imzalanacaq sazişlərin əhəmiyyətini vurğulayan Baş nazir ikitərəfli əlaqələrimizin gələcəkdə daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu qeyd etdi.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirildi.

Dövlət başçısı Azərbaycan ilə Sloveniya arasında ikitərəfli münasibətlərin siyasi və beynəlxalq əməkdaşlıq sahələrində razılıq doğurduğunu dedi. Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına göstərdiyi dəstəyə görə Sloveniya hökumətinə minnətdarlığını ifadə etdi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin əhəmiyyətini vurğuladı. İkitərəfli münasibətlərimizin genişləndirilməsində iqtisadi əməkdaşlığın vacib rol oynadığını deyən Prezident İlham Əliyev birgə iqtisadi fəaliyyət, investisiya qoyuluşu və digər sahələrdə əlaqələri inkişaf etdirmək üçün imkanların araşdırılmasının zəruriliyini qeyd etdi.

Sloveniya Respublikasının Baş naziri Yanez Yanşa Prezident İlham Əliyev ilə NATO-nun Çikaqo sammiti zamanı əlaqələrimizin inkişafı ilə bağlı apardıqları müzakirələrdən sonra ölkələrimiz arasında bütün razılaşmaların həyata keçirilməsindən məmnunluğunu ifadə etdi. Baş nazir ölkəsinin Azərbaycanın regiondakı mövqeyini çox yüksək qiymətləndirdiyini dedi. Yanez Yanşa Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətinin önəmini də vurğuladı.

Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcud olduğunu qeyd edən Baş nazir öz növbəsində iqtisadi sahədə əlaqələrimizi genişləndirməyin vacibliyini vurğuladı. İş adamlarından ibarət böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin əhəmiyyətinə toxunan Baş nazir iqtisadi əlaqələrimizin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu qeyd etdi.

gallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42