15:10
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı...
20 may 2025, 15:10Prezident İlham Əliyev Bakının Fizuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında yeraltı avtomobil dayanacağında, park, bağ və fəvvarələr kompleksində inşaat işlərinin gedişi ilə tanış olmuşdur. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tikintinin layihəsi əsasında dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin infrastrukturun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Paytaxtın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur, tıxacların aradan qaldırılması ilə bağlı əsaslı işlər görülür. Paytaxtın Fizuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında yeraltı avtomobil dayanacağının və park kompleksinin inşası tıxacların aradan qaldırılması və əhalinin rahat gediş-gəlişinin və istirahətinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir.
Diqqətə çatdırıldı ki, kompleksin birinci və ikinci mərtəbələrində yeraltı avtomobil dayanacağı, üçüncü mərtəbədə isə bu infrastrukturu fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün ayrıca yarımstansiya quraşdırılacaqdır. Yanğınsöndürmə hovuzu və avadanlığı, avtomobil qazlarının təmizlənməsini idarə edən qurğular və işçilərin xidməti otağı da üçüncü mərtəbədə yerləşəcəkdir. Bu mərtəbədə, eyni zamanda, dayanacağın üstündə salınacaq parkdakı fəvvarələrin texniki stansiyaları, parkın suvarılması üçün nəzərdə tutulan su anbarı yerləşəcəkdir. Yeraltı dayanacaq 4 minə yaxın avtomobil üçün nəzərdə tutulmuşdur. Burada indiyədək ümumilikdə 205 min kvadratmetr sahədə inşaat işləri görülmüşdür.
Məlumat verildi ki, avtomobil dayanacağında yanğın təhlükəsizliyi ilə bağlı 31 əlavə giriş-çıxış olacaqdır. Dayanacaqda bütün texniki xidmətlər ən müasir standartlara cavab verəcəkdir. Dayanacağın üstündə isə sahəsi 70 min kvadratmetr olan park, bağ və fəvvarələr kompleksi yaradılacaqdır. Kompleksə əhalinin rahat və təhlükəsiz gediş-gəlişi üçün 7 yeraltı piyada keçidinin inşa olunacağı qeyd edildi.
Bildirildi ki, yeraltı dayanacaqdan park, bağ və fəvvarələr kompleksinə qalxmaq üçün 14 lift və 30 eskalator quraşdırılacaqdır. Əlillər üçün də əlavə 10 eskalator quraşdırılacaqdır. Kompleksin yaxınlığında - Fizuli küçəsindəki 39 nömrəli yaşayış binası tarixi memarlıq nümunəsi olduğu üçün sökülmədən 11 metr arxaya sürüşdürüləcəkdir. Ağırlığı 18 min ton olan bu tarixi memarlıq nümunəsinin sürüşdürülməsini Hollandiyanın “Bressel” şirkəti həyata keçirəcəkdir. Kompleksin ətrafındakı binalarda və ərazilərdə əsaslı abadlıq-quruculuq işləri də görüləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı...
20 may 2025, 15:10Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi, ölkənizin daha da inkişafı və...
20 may 2025, 15:05Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - 28 May – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Malavi hökuməti, xalqı adından və öz adımdan təbrik etməkdən...
20 may 2025, 15:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya...
20 may 2025, 14:55Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz Qardaşım.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq, xalqınıza daha çox tərəqqi və...
20 may 2025, 14:50Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.
Sizə cansağlığı,...
20 may 2025, 14:45Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırım.
Çex...
20 may 2025, 14:40Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu yaxınlarda...
20 may 2025, 14:35Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edir və ən xoş arzularımızı...
20 may 2025, 14:30