İlham Əliyevin Rumıniya Prezidenti Trayan Besesku ilə görüşü olmuşdur

13 sentyabr 2010, 21:49
İlham Əliyevin Rumıniya Prezidenti Trayan Besesku ilə görüşü olmuşdur

Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Trayan Besesku ilə görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, dövlət başçılarının görüşlərinin və qarşılıqlı səfərlərin ölkələrimizin əlaqələrinin daha da genişlənməsi baxımından önəmli olduğu qeyd edildi. Prezidentlər sabah Bakıda keçiriləcək Azərbaycan, Gürcüstan, Rumıniya prezidentləri və Macarıstan Baş nazirinin görüşünün əhəmiyyətinə toxunaraq, AGRİ layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması işindəki əhəmiyyətini vurğuladılar, tədbirin regional əməkdaşlığın möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə etdilər. 

Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti barədə söhbət açdı.

Görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55