“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

22 may 2025, 15:46

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 23-24, maddə 368; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 132, № 6 (I kitab), maddə 631; 2025, № 1, maddə 9; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 161-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 13-cü maddənin 5-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“5. İstehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.”;

1.2. 18.0.5-ci maddəyə “yayıcısı” sözündən sonra “, rəqəmsal platforma təsirçisi” sözləri əlavə edilsin.

Maddə 2. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 3 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddə 488) 15-1.2.1-ci maddəsinə “səhifəsində” sözündən sonra “və rəqəmsal platforma təsirçisi tərəfindən rəqəmsal platformada yerləşdirilən materiallarda” sözləri əlavə edilsin.

Maddə 3. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 70 (Cild I); 2024, № 6 (I kitab), maddə 642, № 7, maddə 775) 16-1.4-cü maddəsinə “istehsalçısına” sözündən sonra “, rəqəmsal platforma təsirçisinə” sözləri əlavə edilsin.

Maddə 4. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddə 489, № 6 (I kitab), maddələr 630, 631, 642, № 7, maddə 775) aşağıdakı dəyişikliklər edilsin:

4.1. aşağıdakı məzmunda 1.4-cü maddə əlavə edilsin:

“1.4. Bu Qanun Azərbaycan Respublikasının ərazisində olan reklam istehlakçılarına ünvanlanan reklam daşıyıcısı olan rəqəmsal platforma reklamlarına da şamil edilir.”;

4.2. 2-ci maddə üzrə:

4.2.1. 2.0.2-ci maddəyə “agentinin” sözündən sonra “, rəqəmsal platforma təsirçisinin” sözləri əlavə edilsin;

4.2.2. 2.0.4-cü maddəyə “agenti,” sözündən sonra “rəqəmsal platforma təsirçisi,” sözləri əlavə edilsin;

4.2.3. 2.0.11-ci maddəyə “göndərişləri” sözündən sonra “, mobil tətbiqlər (dövlət orqanlarının (qurumlarının) mobil tətbiqləri istisna olmaqla) və rəqəmsal platformalar (o cümlədən onların bir hissəsi), reklam xarakterli bildiriş və sms-lər” sözləri əlavə edilsin, həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.12-ci və 2.0.13-cü maddələr əlavə edilsin:

“2.0.12. reklam daşıyıcısı olan rəqəmsal platforma – reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı (dövlət informasiya ehtiyatları istisna olmaqla), informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri;

2.0.13. rəqəmsal platforma təsirçisi – maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs.”;

4.3. 4-cü maddə üzrə:

4.3.1. 4.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“4.3. İstehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.”;

4.3.2. 4.7-ci maddənin birinci cümləsində “Dövlət dili haqqında” sözləri “Azərbaycan Respublikasında dövlət dili haqqında” sözləri ilə əvəz edilsin;

4.3.3. aşağıdakı məzmunda 4.10-cu və 4.11-ci maddələr əlavə edilsin:

“4.10. Reklam daşıyıcısının xüsusiyyətlərindən asılı olaraq reklam olunan əmtəə barədə ətraflı məlumatın verilməsi məqsədilə reklamda müvafiq keçidlərdən, eləcə də qısa nömrələrdən istifadə oluna bilər. Bu halda reklam olunan əmtəə barədə müvafiq keçidlərdən istifadə etməklə verilən məlumat reklamda istifadə olunan məlumata zidd olmamalı, onun tamlığına xələl gətirməməlidir.

4.11. Reklamda əmtəə barədə verilən məlumatlar reklam istehlakçısı tərəfindən açıq və başa düşülən formada ifadə edilməlidir.”;

4.4. 7.1.10-cu maddəyə “agenti,” sözündən sonra “rəqəmsal platforma təsirçisi,” sözləri əlavə edilsin;

4.5. 8.1-ci maddədə “yaxud “reklam hüququ əsasında” sözləri “, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” sözləri ilə əvəz edilsin;

4.6. 14.1.3-cü maddədə “, faks,” sözü “və” sözü ilə əvəz edilsin;

4.7. 22.1-ci maddənin birinci cümləsində “və ya “reklam hüququ ilə” sözləri “, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” sözləri ilə əvəz edilsin;

4.8. aşağıdakı məzmunda 26-1-ci maddə əlavə edilsin:

“Maddə 26-1. Reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam

26-1.1. Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımı “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi ilə müşayiət olunmalıdır.

26-1.2. Rəqəmsal platforma təsirçisi tərəfindən reklamı həyata keçirilən əmtəənin təqdim edilməsi zamanı reklam materiallarını audio və ya vizual olaraq dəyişən tətbiqlərdən istifadə edildikdə bu barədə reklam istehlakçısı məlumatlandırılmalıdır.

26-1.3. Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı reklamverici barədə aşağıdakı məlumatlar verilməlidir:

26-1.3.1. hüquqi şəxsin adı, faktiki ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

26-1.3.2. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin soyadı, adı, atasının adı, fəaliyyət ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

26-1.3.3. əlaqə məlumatları (telefon və elektron poçt ünvanı).

26-1.4. Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı aşağıdakılar qadağan edilir:

26-1.4.1. özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq;

26-1.4.2. reklam daşıyıcısı olan rəqəmsal platforma vasitəsilə reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq.

26-1.5. Bu Qanunun 26-1-1 – 26-1.4-cü maddələrində nəzərdə tutulmuş tələblər audiovizual media subyektlərinin reklam daşıyıcısı olan rəqəmsal platformalardakı reklam fəaliyyətlərinə aid edilmir.”;

4.9. 27.2.1-ci maddəyə “səhifəsində” sözündən sonra “və rəqəmsal platforma təsirçisi tərəfindən rəqəmsal platformada yerləşdirilən materiallarda” sözləri əlavə edilsin;

4.10. 29.1-ci maddənin ikinci hissəsinə “yayıcısına,” sözündən sonra “rəqəmsal platforma təsirçisinə,” sözləri əlavə edilsin;

4.11. 32.3-cü maddəyə “yayıcısı” sözündən sonra “, rəqəmsal platforma təsirçisi” sözləri əlavə edilsin;

4.12. 33-cü maddə üzrə:

4.12.1. adına “Maliyyə,” sözündən sonra “o cümlədən” sözləri, “investisiya” sözündən sonra “, ödəniş” sözü əlavə edilsin;

4.12.2. 33.1-ci maddəyə “investisiya” sözündən sonra “, ödəniş” sözü əlavə edilsin;

4.12.3. 33.2-ci maddədə “Bu xidmətlərin” sözləri “İnvestisiya xidmətlərinin” sözləri ilə əvəz edilsin;

4.13. aşağıdakı məzmunda 33.5-ci maddə əlavə edilsin:

“33.5. Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu Qanunun 33.1-ci və 33.4-cü maddələrində göstərilən məlumatların qeyd edilməsi mümkün olmadıqda, reklam istehlakçısına həmin məlumatlarla tanış olmaq imkanı yaradılmalı və bu barədə reklam istehlakçısı məlumatlandırılmalıdır.”;

4.14. 39-cu maddə üzrə:

4.14.1. 39.1-ci maddəyə “reklam yayıcısı” sözlərindən sonra “, rəqəmsal platforma təsirçisi” sözləri əlavə edilsin;

4.14.2. 39.2-ci maddəyə “reklam istehsalçısı,” sözlərindən sonra “rəqəmsal platforma təsirçisi,” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2025-ci il 

SƏNƏDLƏR Fərmanlar 28 aprel 2026
17:12
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 384-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10...

28 aprel 2026, 17:12
SƏNƏDLƏR Qanunlar 28 aprel 2026
13:57
“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2026-cı il yanvarın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

28 aprel 2026, 13:57
SƏNƏDLƏR Fərmanlar 28 aprel 2026
13:56
“Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il martın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında...

28 aprel 2026, 13:56
SƏNƏDLƏR Fərmanlar 28 aprel 2026
13:55
“Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 dekabr tarixli 543 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara...

28 aprel 2026, 13:55
SƏNƏDLƏR Sərəncamlar 28 aprel 2026
13:54
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

28 aprel 2026, 13:54
SƏNƏDLƏR Sərəncamlar 28 aprel 2026
12:03
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Cari ilin mart–aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olmuş, kənd təsərrüfatına, infrastruktur (yol, körpü, elektrik)...

28 aprel 2026, 12:03