15:10
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı...
20 may 2025, 15:10Prezident İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində Horadiz şəhərində Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Mərkəzlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, ikimərtəbəli bina il yarıma tikilmişdir. Mərkəzin ümumi sahəsi 980 kvadratmetrdir. Foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini, Füzuli rayonuna səfərlərini, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılmışdır. Mərkəzdəki mini-kafedə gənclərin istirahəti üçün hər cür şərait vardır. Birinci mərtəbədə bilyard otağı, tikiş dərnəyi və inzibati otaqlar fəaliyyət göstərəcəkdir. Mərkəzdəki rəsm dərnəyində gənclər rəssamlığın sirlərini öyrənəcəklər. İnternet otağındakı bütün kompyuterlər sürətli internetə qoşulmuşdur. Kompyuter bilikləri öyrədən kursların təşkili planlaşdırılır. Linqafon otağında təşkil ediləcək kurslarda isə gənclər xarici dilləri öyrənəcəklər.
Bildirildi ki, mərkəzdəki pnevmatik və interaktiv tirlərdə gənclər atıcılığın sirlərinə yiyələnəcəklər. Hər iki tir xaricdən gətirilmiş avadanlıqla təchiz olunmuşdur. İnteraktiv tirin avadanlığı atıcılıq üzrə 30 müxtəlif proqramla təmin edilmişdir. Bu proqramlardan ikisi Olimpiya idman növlərinə daxildir. Mərkəzdə rayon gəncləri arasında intellektual oyunların keçirilməsi də nəzərdə tutulmuşdur. Beləliklə, bu mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaqdır.
Mərkəzin ərazisində müasir işıqlandırma və suvarma sistemləri qurulmuş, yaşıllaşdırma işləri görülmüşdür.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı...
20 may 2025, 15:10Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi, ölkənizin daha da inkişafı və...
20 may 2025, 15:05Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - 28 May – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Malavi hökuməti, xalqı adından və öz adımdan təbrik etməkdən...
20 may 2025, 15:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya...
20 may 2025, 14:55Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz Qardaşım.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq, xalqınıza daha çox tərəqqi və...
20 may 2025, 14:50Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.
Sizə cansağlığı,...
20 may 2025, 14:45Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırım.
Çex...
20 may 2025, 14:40Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu yaxınlarda...
20 may 2025, 14:35Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edir və ən xoş arzularımızı...
20 may 2025, 14:30