22:30
Mayın 8-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı dövlətimizin başçısının Birləşmiş Ərəb...
08 may 2025, 22:30Prezident İlham Əliyev Horadizdə Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətim başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, mərkəzin 1600 kvadratmetr sahəsi olan binasının inşasında milli memarlıq elementlərindən geniş istifadə edilmişdir. Binanın təməli 2011-ci ilin iyununda qoyulmuş, inşaat işləri cari ilin oktyabrında başa çatdırılmışdır.
Mərkəzdə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, ulu öndərin həyat və fəaliyyətinin bütün dövrlərini, o cümlədən müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılmışdır. Burada ulu öndərin zəngin dövlətçilik irsinin gələcək nəsillərə çatdırılması üçün elektron kitabxana, ümummilli liderə aid sənədlərin saxlandığı xüsusi guşə də vardır.
Prezident İlham Əliyev mərkəzin konfrans zallarına baxdı.
Bildirildi ki, xüsusi dizaynla yaradılan 80 və 300 nəfərlik konfrans zalları rayon və respublika səviyyəli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Mərkəzdəki xidməti otaqlar kompyuterlər və digər ən müasir avadanlıqla təchiz olunmuşdur. Mərkəzdə məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər də fəaliyyət göstərəcəkdir. Qədim Azərbaycan dövlətləri haqqında məlumatlar və onların rəmzlərinin lazer görüntülərinin nümayiş olunduğu mərkəzdə müasir formatlı kinozal, sərgi salonu, foto, dizayn və səs studiyaları da vardır. Buradakı kurslarda gənclər müasir texnoloji yeniliklərlə yaxından tanış olacaq, bilik və bacarıqlarını inkişaf etdirəcəklər. Bunun üçün internet sinfi və kompyuter mərkəzi qurulmuşdur. Mərkəzdəki monitor zallarında ulu öndər Heydər Əliyevin siyasi irsindən və Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən məşğələlər təşkil ediləcəkdir. Binada müasir havalandırma sistemi quraşdırılmışdır.
Prezident İlham Əliyev mərkəzdə görülən işləri yüksək qiymətləndirdi.
Mayın 8-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı dövlətimizin başçısının Birləşmiş Ərəb...
08 may 2025, 22:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının...
08 may 2025, 16:272025-ci ilin avqust ayında Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın (Fikrət Göyüş oğlu Qocayevin) anadan olmasının 90 ili tamam olur.
Fikrət Qoca milli şeir ənənələrindən və dünya bədii fikrinin...
08 may 2025, 16:25Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin...
08 may 2025, 16:23Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...
08 may 2025, 16:21Hörmətli Zirvə Toplantısının iştirakçıları,
Sizi Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının açılışı münasibətilə səmimiyyətlə...
08 may 2025, 15:05Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə...
08 may 2025, 13:02Hörmətli cənab Baş katib, Sizi Azərbaycanda bir daha salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Sizin səfəriniz Vyetnam-Azərbaycan...
07 may 2025, 18:28