15:48
-Xanımlar və cənablar, xoş gəlmisiniz.
Mən bu gün Berlində Azərbaycan Prezidenti İlham Əliyevi salamlamaqdan olduqca məmnunam. Bu gün biz hələ mart ayında planlaşdırılan səfərinizi həyata keçiririk. Lakin...
21 iyul 2026, 15:48
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə Özbəkistan Müsəlmanlar İdarəsinin sədri Nuriddin Xaliknazarov, Qazaxıstan Müsəlmanlar İdarəsinin sədri Naurızbay Otpenov, Qırğızıstan Müsəlmanlar İdarəsinin sədri Abdulaziz Zakirov və Şimali Kipr Türk Respublikasının Diyanət İşləri Başkanı Ahmet Unsal daxildir.
Görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirin xalqlar və müxtəlif dinlərin nümayəndələri arasında əlaqələrin möhkəmləndirilməsi işinə böyük töhfə verdiyi bildirildi.
Prezident İlham Əliyev Türkdilli dövlətlər arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini deyərək, eyni zamanda, bu ölkələrin dini liderləri arasında əməkdaşlığın həyata keçirilməsinin önəmini qeyd etdi və vurğuladı ki, bu əməkdaşlıq ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verir. Dövlətimizin başçısı qonaqların işğaldan azad olunmuş ərazilərimizə səfərinin önəminə toxunaraq bu səfərin orada gedən proseslərlə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağını bildirdi.
Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri zamanı Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışını və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri zamanı Ağdamın Xıdırlı kəndində inşa olunacaq tam orta məktəb binasının təməlinin qoyulmasını dostluq və qardaşlıq əlaqələrimizin təzahürü kimi dəyərləndirdi. Eyni zamanda, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın ölkəmizə rəsmi səfərini məmnunluqla xatırladı.
Özbəkistan Müsəlmanlar İdarəsinin sədri Nuriddin Xaliknazarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, Şimali Kipr Türk Respublikasının Diyanət İşləri Başkanı Ahmet Unsal isə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın salamlarını dövlətimizin başçısına çatdırdılar.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə və Ersin Tatara çatdırmağı xahiş etdi.
Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirən dini liderlər bu Forumun önəmini vurğuladılar, dövlətimizin başçısının Forumda məzmunlu çıxışının onlara dərin təəssürat hissi bağışladığını dedilər. Qonaqlar bu tədbirin türkdilli dövlətlər arasında dostluq və qardaşlıq əlaqələrinə söykənən tarixi, dini, mədəni köklərimizin bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyini vurğuladılar.
Prezident İlham Əliyev işğal dövründə ermənilər tərəfindən tarixi-dini abidələrimizin dağıdıldığını qeyd edərək hazırda həmin ərazilərimizdə aparılan genişmiqyaslı bərpa işləri çərçivəsində yeni məscidlərin inşa edildiyini, dağıdılanların isə bərpa olunduğunu dedi.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda dini azadlıqların təmin olunması, islami dəyərlərin qorunması işinə dövlət səviyyəsində göstərilən qayğıya, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda tarixi-dini abidələrimizin, məscidlərimizin bərpasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri xüsusi olaraq qeyd etdi, Fondun dini-mədəni sərvətlərimizin qorunmasında oynadığı rolu vurğuladı.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycanda dini dəyərlərin qorunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini dərin ehtiramla yad etdi.









-Xanımlar və cənablar, xoş gəlmisiniz.
Mən bu gün Berlində Azərbaycan Prezidenti İlham Əliyevi salamlamaqdan olduqca məmnunam. Bu gün biz hələ mart ayında planlaşdırılan səfərinizi həyata keçiririk. Lakin...
21 iyul 2026, 15:48Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası (bundan sonra “Tərəflər”) Tərəflər arasında uzunmüddətli və dostluq münasibətlərini tanıyırlar. Onlar qarşılıqlı etimada və müxtəlif sahələrdə maraqların üst-üstə...
21 iyul 2026, 15:46
Əlahəzrət,
Belçika Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, Belçika...
21 iyul 2026, 11:00Hörmətli cənab Baş nazir,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Biz zəngin və xoş ənənələrə əsaslanan...
21 iyul 2026, 09:34