İlham Əliyev Avropa Komissiyasının elektron gündəlik məsələləri üzrə vitse-prezidentini qəbul etmişdir

07 noyabr 2012, 15:30
İlham Əliyev Avropa Komissiyasının elektron gündəlik məsələləri üzrə vitse-prezidentini qəbul etmişdir

Prezident İlham Əliyev Avropa Komissiyasının elektron gündəlik məsələləri üzrə vitse-prezidenti xanım Neelie Kroesi qəbul etmişdir.

Xanım Neelie Kroes ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. O, VII İnternet İdarəçilik Forumunun Bakıda yüksək səviyyədə təşkil olunmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Xanım Neelie Kroes elektron kütləvi informasiya vasitələrinin, azad internetin inkişafının və elektron hökumət layihəsinin böyük önəm daşıdığını vurğuladı.

Dövlət başçısı Avropa Komissiyasının elektron gündəlik məsələləri üzrə vitse-prezidenti xanım Neelie Kroesin Forumda iştirakının əhəmiyyətini qeyd etdi. Forumu ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sektorunda görülən işlərin nəticəsi kimi dəyərləndirən Prezident İlham Əliyev internetin və elektron kütləvi informasiya vasitələrinin Azərbaycanda bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini bildirdi. Dövlətimizin başçısı ölkəmizdə genişzolaqlı internet xidmətinin yaradılması istiqamətində görülən tədbirlərin əhəmiyyətini qeyd etdi.

Görüşdə Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11