İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun görüşü olmuşdur

16 oktyabr 2012, 13:00
İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun görüşü olmuşdur

Prezident İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun görüşü olmuşdur. 

Görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən Zirvə Toplantısının əhəmiyyəti qeyd edildi, bu sammitin təşkilata üzv ölkələr arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Azərbaycanın və Tacikistanın dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından razılıq ifadə etdilər.

Görüşdə prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər məmnunluqla xatırlandı, bu səfərlərin ikitərəfli münasibətlərin güclənməsində rolu qeyd olundu, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edildi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55