14:47
PDF yükləyin
28 fevral 2025, 14:47Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏTGF) adından Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan böyük şərəf hissi duyuruq.
Siz İƏT ölkələri gənclərinin inkişafına və onların birliyinin möhkəmlənməsinə davamlı şəkildə diqqət göstərirsiniz. Bunun bariz nümunələrindən biri 2004-cü ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Təsis Baş Assambleyasının keçirilməsi, həmçinin İƏTGF-nin Avrasiya Regional Mərkəzinin ofisinin Bakıda yerləşməsidir.
Bu, regionumuzun liderləri üçün bir nümunədir və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İƏT-in nəzdində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilat kimi institutlaşmasına və inkişafına təkan verir. İƏTGF olaraq biz Zati-alinizin etimadı, dəstəyi və liderliyindən qürur hissi duyuruq, fədakarlığınızı yüksək qiymətləndiririk.
Biz Şuşanın yekdilliklə İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı seçilməsinin tarixi əhəmiyyətini böyük məmnunluq hissi ilə qeyd edirik. Bu mühüm nailiyyət Zati-aliniz tərəfindən nümayiş etdirilən müdrik və nümunəvi rəhbərliyin daha bir təsdiqidir. Şuşanın Sizin rəhbərliyinizlə işğaldan azad edilməsi cəsarətin, fədakarlığın, həmçinin sülh, birlik və tərəqqi prinsiplərinə davamlı sədaqətin təntənəsinin rəmzidir. Sizin uzaqgörən siyasətiniz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı mürəkkəb məsələlərin həllində çox mühüm rol oynayıb. Qazanılmış nailiyyətlər Zati-alinizin müdrikliyinin və strateji baxışının göstəricisidir. Bütün bunlar regionda sabitliyin və rifahın möhkəmləndirilməsinə böyük töhfə verir.
Qarabağ bölgəsinin, xüsusən də Xankəndi şəhərinin əhalisinə 30 ildən artıq müddətdə ilk dəfə seçkilərdə iştirak etmək üçün fundamental hüquqlarından istifadə imkanını təmin etdiyiniz üçün Zati-alinizə səmimi təşəkkürümüzü bildiririk. Demokratik prinsiplərin dəstəklənməsi və vətəndaşların cəmiyyətin həyatında fəal iştirakının təşviqi ilə bağlı gördüyünüz işlər bütün dünyada gənclər üçün ilham mənbəyidir.
Gənclərimiz üçün daha parlaq və firavan gələcəyə doğru addım atarkən üzv dövlətlərimiz arasında əməkdaşlığı dərinləşdirmək və dostluq əlaqələrini möhkəmləndirmək əzmimizə sadiq qalırıq. Sizin liderliyiniz, gənclərin inkişafına, onların arzularının reallaşmasına dəstəyiniz dayanıqlı inkişaf üçün birgə səylərimizdə bizi daha da ruhlandırır.
İƏT həmrəyliyinin təşviqi və Azərbaycan xalqının inkişafı istiqamətində nəcib səylərinizdə Zati-alinizə uğurlar arzu edirik.
Sizə və doğmalarınıza möhkəm cansağlığı, firavanlıq diləyirik.
Möhtərəm Prezident, ən yüksək ehtiramımızı və xoş arzularımızı qəbul etməyinizi xahiş edirik.
Taha Ayhan
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti
PDF yükləyin
28 fevral 2025, 14:47Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının 7 şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi...
28 fevral 2025, 14:45Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
28 fevral 2025, 13:13Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan...
27 fevral 2025, 16:12Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident, əziz qardaşım.
Əziz qonaqlar, xanımlar və cənablar.
Əziz qardaşım, xoş gəlmisiniz. Bir daha Sizə “Xoş gəlmisiniz!” deyirəm. Sizin son səfəriniz yadımdadır, noyabr ayında...
27 fevral 2025, 15:23Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Türkiyə Respublikasının ictimai-siyasi həyatında və dövlət idarəçiliyində artıq 25 ilə yaxın bir dövr ərzində müstəsna yer tutan, daim yenilənməkdə, inkişafda və yüksəlişdə olan Ədalət və...
27 fevral 2025, 10:03Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb,...
26 fevral 2025, 14:56