BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosdan

09 fevral 2024, 16:51

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Seçkilərdə qazandığınız qələbə və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərin nəticələri Azərbaycan xalqının Zati-alinizin liderliyinə, eləcə də birliyi, tərəqqini və sülhü möhkəmləndirmək qətiyyətinə davamlı dəstəyini və inamını nümayiş etdirdi.

Bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi ilə bağlı hökumətin irəli sürdüyü müxtəlif təşəbbüslərdə, o cümlədən “Bakı Prosesi”ndə Azərbaycanın uzunmüddətli tərəfdaşı olmaqda davam edir. UNAOC 2024-cü ilin mayında Bakıda keçirilməsi nəzərdə tutulan 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq İşçi Qrupunun üzvüdür. Komandamız artıq proqram üzrə əsas məsləhətləşmələrə başlayıb və 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda UNAOC-u şəxsən təmsil etməyi, müzakirələrə qatılmağı və uğurlu nəticələr əldə olunmasına töhfə verməyi səbirsizliklə gözləyirəm.

UNAOC Xarici İşlər, Mədəniyyət nazirlikləri və Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəliyi ilə sıx əlaqədə işləyərək əməkdaşlığın və Azərbaycan hökuməti ilə birgə fəaliyyətin daha da möhkəmləndirilməsinə sadiq olduğunu bildirir.

Bu fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək ehtiramımı ifadə edirəm.

Hörmətlə,

 

Migel Anxel Moratinos

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55