17:29

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Yevlaxdakı “N” saylı yeni hərbi hissəsinin qarnizonu və yaşayış binaları kompleksinin açılışında iştirak etmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı əvvəlcə hərbi hissənin qarnizonunda yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, burada hərbi qulluqçuların xidməti vəzifələrini yerinə yetirmələri üçün hər cür şərait yaradılmışdır. Azərbaycan Prezidentinin 2011-ci il 18 iyul tarixli Fərmanına uyğun olaraq, 15 aya inşa edilən bu hərbi hissənin ərazisi 40 hektardır. Burada 80,6 min kvadratmetr ərazidə inşaat işləri görülmüş, 270 min kvadratmetr sahə isə abadlaşdırılmışdır.
Altımərtəbəli əsgər yataqxanasında olan Prezident bölmələrin yerləşmə və tədris şəraiti ilə tanış oldu. Məlumat verildi ki, burada əsgərlərin və digər hərbi qulluqçuların istirahəti və xidməti yüksək səviyyədə həyata keçirmələri üçün zəruri tədbirlər görülmüşdür. Əsgərlərin məişət şəraiti üçün lazımi infrastruktur yaradılmış, bütün növ xidmətlər yüksək standartlar nəzərə alınaraq təşkil olunmuşdur. Bundan əlavə, binanın yuxarı mərtəbəsində böyük konfrans zalı yaradılmışdır və burada hərbi hissənin həyatı ilə bağlı müxtəlif tədbirlər keçiriləcəkdir.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin əks olunduğu muzey isə həm də ideoloji mərkəz funksiyasını yerinə yetirir. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna, o cümlədən ölkədə Sərhəd Qoşunlarının inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotostendlər qurulmuşdur.
Sonra Prezident İlham Əliyev əsgər yeməkxanasında yaradılan şəraitlə maraqlandı. Qeyd edildi ki, əsgərlərin yüksək səviyyədə qidalanması üçün burada hər cür şərait vardır. Hərbi hissənin ərazisində bütün zəruri avadanlıq və ləvazimatlarla təchiz olunan hospital fəaliyyət göstərir. Hospitalda ambulator müayinələrin və müalicə işinin aparılması üçün bütün imkanlar nəzərə alınmış, əməliyyat bloku yaradılmışdır.
Daha sonra Prezident İlham Əliyev hərbi hissədə yaşayış binaları kompleksinin açılışında iştirak etdi.
Dövlətimizin başçısına məlumat verildi ki, hərbi hissənin ərazisində ümumilikdə 185 mənzilin olduğu 5 bina tikilmişdir.
Burada yaradılan şərait təsdiqləyir ki, bu gün Azərbaycan Ordusunda müşahidə olunan hərtərəfli yüksəliş sərhədçilərin və onların ailə üzvlərinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə də müsbət təsir göstərir. Prezidentin Azərbaycanın bölgələrinə etdiyi səfərlərində hərbçilər və onların ailələri üçün inşa edilən binaların açılışında iştirak etməsi dövlətin ordu quruculuğuna diqqət və qayğısını nümayiş etdirir.
Diqqətə çatdırıldı ki, kompleksdə sərhədçilər və onların ailələrinin istirahəti üçün lazımi şərait yaradılmışdır. Yaşayış kompleksində 2,5 min kvadratmetr ərazidə abadlıq işləri görülmüş, yaşıllıq zonası salınmışdır. Bundan əlavə, sərhədçi ailələrinin istifadəsi üçün dörd tədris qrupu üzrə nəzərdə tutulan 100 yerlik uşaq bağçası vardır. Burada uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə yerinə yetirilməsi üçün hər cür əyani vəsaitlərlə təchiz olunan bölmələr yaradılmış, məktəbəqədər hazırlıq guşələri qurulmuşdur. Bağçanın daxilində 2,1 min kvadratmetr sahəsi olan qapalı hovuz inşa olunmuşdur.
Daha sonra dövlətimizin başçısı hərbi hissənin tədris meydanı və təlim poliqonunda oldu. Burada Silahlı Qüvvələrin Ali Baş Komandanına yeni texnika və silah növləri barədə məlumat verildi. Qeyd olundu ki, bu gün Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülür. Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin komplektləşdirilmə faizi və keyfiyyəti də yüksək səviyyədədir. Əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Burada yaradılan şərait bir daha təsdiqləyir ki, Azərbaycan sərhədçiləri öz fəaliyyətləri ilə dövlətin və xalqın onlara olan etimadını doğruldur. Çünki Azərbaycan sərhədçiləri beynəlxalq terrorizmə, qaçaqmalçılığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya qarşı qətiyyətlə mübarizə aparırlar. Karbohidrogen ehtiyatlarının hasilatının və ixrac infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə daxili sabitliyin qorunması kimi vacib vəzifələrin öhdəsindən şərəflə gələn Sərhəd Qoşunları bu baxımdan respublikamızın qazandığı uğurlarda mühüm rol oynayır.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

















Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...
17 noyabr 2026, 15:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...
17 noyabr 2026, 15:44Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...
17 noyabr 2026, 15:43Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...
17 noyabr 2026, 15:41Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış ...
17 noyabr 2026, 15:40Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 16 noyabr tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Bir pəncərə” informasiya sisteminin (bundan sonra – informasiya sistemi) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını m...
16 noyabr 2026, 13:31Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...
16 noyabr 2026, 13:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə ...
16 noyabr 2026, 13:28Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində idarəetmə və n...
16 noyabr 2026, 13:25Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nöm...
16 noyabr 2026, 13:21