11:42

Əlahəzrət,
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Malayziya münasibətlərinin inkişafı, dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Malayziya xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 iyul 2010-cu il.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57