İlham Əliyev I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir

30 avqust 2010, 14:18
İlham Əliyev I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir

Prezident İlham Əliyev Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.

Dövlət başçısı Sinqapurda qazanılmış böyük və inamlı qələbə münasibətilə idmançıları, məşqçiləri və mütəxəssisləri təbrik etmişdir. Prezident İlham Əliyev bu uğuru tarixi nailiyyət kimi dəyərləndirmiş və Azərbaycanın dünyanın aparıcı idman ölkələri sırasında olduğunu vurğulamışdır. Dövlət başçısı respublikamızın idmanda qazandığı müvəffəqiyyətlərin bu sahədə aparılan ardıcıl və əsaslı islahatların məntiqi nəticəsi olduğunu bildirmişdir.

Prezident İlham Əliyev Olimpiya Oyunlarında Azərbaycanın himninin 5 dəfə səsləndirilməsini və bayrağının 8 dəfə dalğalanmasını iftixar hissi doğuran hadisə kimi dəyərləndirmiş və idmançılarımızın şərəfli tarix yazdıqlarını demişdir. İdmançılarımızın qarşıdakı London Olimpiya Oyunlarında da ölkəmizi ləyaqətlə təmsil edəcəklərinə əminliyini vurğulayan dövlətimizin başçısı yeniyetmə idmançılara daim peşəkarlıqlarını artırmağı tövsiyə etmişdir.

Sinqapurda qazanılan qələbədə əməyi olan bütün idmançı, məşqçi və mütəxəssisləri təbrik edən Prezident İlham Əliyev Azərbaycanda idman sahəsində çalışan qurumların vahid komanda halında fəaliyyət göstərdiyini vurğulamışdır. Dövlət başçısı ölkəmizdə idmana bundan sonra da yüksək səviyyədə dövlət dəstəyinin göstəriləcəyini demiş və Sinqapurda qazanılan qələbədə əməyi olan bütün şəxslərin mükafatlandırılacaqlarını bildirmişdir.

Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının ağırlıqqaldırma üzrə qızıl mükafatçısı Nicat Rəhimov qazanılan qələbədən qürur hissi keçirdiyini və dövlətimizin başçısının idmançılarla görüşünü yüksək etimad kimi dəyənləndirdiklərini vurğulamışdır. O, Azərbaycanda idmanın inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu və Prezident İlham Əliyevin hərətərəfli dəstəyi sayəsində daha yüksək vüsət aldığını bildirmişdir. Ölkəmizi beynəlxalq yarışlarda bundan sonra da layiqincə təmsil etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini deyən Nicat Rəhimov bütün idmançılar adından dövlətimizin başçısına dərin minnətdarlığını çatdırmışdır.

Sinqapurda qazanılan böyük qələbə ilə bağlı sevincini bölüşən yunan-Roma güləşi üzrə məşqçi İlqar Abdulov Azərbaycanda idmanın inkişafı üçün hər cür şəraitin yaradıldığını demişdir. O, ölkəmizin idmançılarının Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarında da böyük qələbələr qazanmaq əzmində olduqlarını vurğulamışdır. İlqar Abdulov Azərbaycanda idmana və idmançılara hərtərəfli qayğı və dəstəyinə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirmişdir.

Prezident İlham Əliyev Sinqapur Olimpiya Oyunlarının qalibləri və mükafatçıları sırasında respublikamızın bölgələrindən idmançıların da təmsil olunmalarını xüsusi vurğulamışdır. 2000-ci ildən bəri ölkəmizdə 30-dək olimpiya kompleksinin tikildiyini və daha 10 belə qurğunun inşa edildiyini bildirən dövlət başçısı regionlarda idmanın inkişafına hərtərəfli diqqət göstərilməsi sayəsində bölgələrdə də perspektivli idmançıların yetişdiyini demişdir.

Prezident İlham Əliyev Sinqapur Olimpiya Oyunlarında idmanın müxtəlif növlərində uğur qazanılmasının vacibliyini qeyd etmiş və hər bir sahədə olduğu kimi, idmanda da çoxşaxəli inkişafın diqqət mərkəzində saxlanıldığını bildirmişdir.

İdmançılara yeni qələbələr arzulayan dövlətimizin başçısı görüş iştirakçılarını bir daha təbrik etmiş və tövsiyələrini vermişdir.

Sonda xatirə şəkli çəkdirilmişdir. 

SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:08
Azərbaycan Respublikası Prezidentinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2023-cü il 26 may tarixli 2151 nömrəli, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 1 aprel tarixli 25 nömrəli və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:08
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:06
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:06
SƏNƏDLƏR Sərəncamlar 23 yanvar 2025
19:04
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti...

23 yanvar 2025, 19:04
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:02
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan...

23 yanvar 2025, 19:02