İlham Əliyev paytaxtın Bülbülə qəsəbəsində yeni inşa olunmuş 327 nömrəli tam orta məktəbin açılışında iştirak etmişdir

14 sentyabr 2012, 15:20
İlham Əliyev paytaxtın Bülbülə qəsəbəsində yeni inşa olunmuş 327 nömrəli tam orta məktəbin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev paytaxtın Suraxanı rayonunun Bülbülə qəsəbəsində yeni inşa olunmuş 327 nömrəli tam orta məktəbin açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev 2011-ci ilin aprelində Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərlə tanışlıq məqsədilə Bülbülədə olarkən keçirdiyi görüş zamanı qəsəbə sakinləri burada yeni məktəbə ehtiyac olduğunu bildirmişdilər.

Dövlət başçısı elə həmin gün Bülbülə qəsəbəsində 640 şagird yerlik ümumtəhsil məktəbinin binasının tikintisinə başlamaq haqqında Sərəncam imzalamışdı. Sərəncama uyğun olaraq dövlət büdcəsində Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yeni məktəb binasının inşasına başlanıldı. Prezidentin tapşırığına uyğun olaraq 327 nömrəli tam orta məktəbin yeni binası qısa vaxt ərzində yüksək standartlara uyğun tikildi.

Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, üç korpusdan ibarət binanın ümumi sahəsi 7 min 455 kvadratmetrdir. Məktəbin birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. İkinci mərtəbədə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotostendlər qurulmuşdur.

Diqqətə çatdırıldı ki, məktəbdə 32 sinif otağı, informatika, kimya, biologiya, fizika, ədəbiyyat, əmək və gənclərin çağırışa qədər hazırlıq fənn kabinetləri yaradılmışdır. Məktəb daxili simsiz internet xidməti ilə təmin olunmuşdur. MDB məkanında ilk dəfə olaraq bu məktəbdə “smart sinif” açılmışdır. Bu layihə çərçivəsində ilk dəfə olaraq elektron tədris üçün nəzərdə tutulmuş “smart sinif” otağı layihəsi tətbiq edilmişdir. “Smart sinif” otağında quraşdırılmış simsiz şəbəkə, rəqəmsal podium, interaktiv smart LCD, planşet kompyuter və digər avadanlıqlar kompleks şəkildə interaktiv tədrisə imkan yaradır və bu prosesi gücləndirir. “Smart sinif” otağı layihəsinin tətbiq olunmasında əsas məqsəd Azərbaycanın təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə töhfə vermək, məktəb idarəetmə prosesində, həmçinin orta tədris sistemində informasiya texnologiyalarından istifadəni tətbiq etmək və gücləndirməkdir. Məktəbdə valideyn-müəllim assosiasiyası, psixoloq kabineti, kitabxana, kütləvi tədbirlərin keçirilməsi üçün 250 nəfərlik akt zalı yaradılmışdır.

Bildirildi ki, burada 2 min 640 kvadratmetr sahəsi olan yaşıl örtüklü idman meydançası və idman avadanlığının qurulduğu gənclərin hərbi hazırlığı üçün meydança vardır.

Daha sonra Prezident İlham Əliyevə məktəbin yerləşdiyi ərazidə aparılan abadlıq işləri barədə məlumat verildi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 18 noyabr 2026
14:24
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...

18 noyabr 2026, 14:24
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:46
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:               

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...

17 noyabr 2026, 15:46
SƏNƏDLƏR Fərmanlar 17 noyabr 2026
15:44
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...

17 noyabr 2026, 15:44
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:43
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:                                               

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...

17 noyabr 2026, 15:43
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:41
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                              

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...

17 noyabr 2026, 15:41
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                                          

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış ...

17 noyabr 2026, 15:40
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:30
“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...

16 noyabr 2026, 13:30