13 sentyabr 2012, 09:10

Məzahir Zeynalovdan, Goranboy, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali baş Komandan!

Azərbaycan xalqını və bayrağını təhqir etmiş erməni zabitinə lazımi cavab verdiyinə görə Macarıstan məhkəməsi tərəfindən ömürlük həbs edilən Ramil Səfərovun ölkəmizə qaytarılması hamımızı sevindirdi. İnsanlarımız bir-birini təbrik edir, gözaydınlığı verirlər. Ramil Səfərovun azad edilməsini biz ağsaqqallar Sizin gərgin əməyinizin, nüfuzunuzun sayəsində mümkün olduğunu bilirik. Etiraf etməliyik ki, Səfərovun ölkəmizə qaytarılması erməni təcavüzünə haqq qazandıranlara tutarlı bir zərbə oldu. Eyni zamanda bu bəzi dövlətlərin ermənipərəst mövqe tutduğunu da göstərdi. Biz ağsaqqallar belə əsassız, qərəzli mövqe sərgiləyən dövlətlərin ikili siyasətini pisləyirik. İnanırıq ki, Sizin uzaqgörən siyasətiniz nəticəsində işğal altında olan torpaqlarımız tezliklə azad ediləcəkdir. Sizin apardığınız daxili və xarici siyasəti həmişə dəstəkləyir, müdafiə edirik.

Hörmət və ehtiramla,

Zeynalov Məzahir Hidayət oğlu, Goranboy rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Goranboy rayonu.