İlham Əliyev Bakının Nizami rayonunda yenidən qurulan Heydər Bağı – Park Bulvarın açılışında iştirak etmişdi

14 sentyabr 2012, 14:10
İlham Əliyev Bakının Nizami rayonunda yenidən qurulan Heydər Bağı – Park Bulvarın açılışında iştirak etmişdi

Bakının Nizami rayonunda Heydər Bağı – Park Bulvarın yenidənqurmadan sonra açılışı olmuşdur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim edildi.

Dövlətimizin başçısı park bulvarın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.

Bildirildi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 75 illiyi münasibətilə 1998-ci ildə salınan bu parkda aparılan yenidənqurma işləri ən yüksək səviyyədə həyata keçirilmişdir. Əhalinin sıx yaşadığı bu ərazidə sakinlərin istirahətinin təşkili üçün hər cür şərait yaradılmışdır. Ərazisi 56 min kvadratmetr, uzunluğu 800, eni 70 metr olan parkda fəvvarələr kompleksi yaradılmış, musiqili fəvvarə quraşdırılmışdır. Burada inşa olunan terrasın sahəsi min kvadratmetrdən çoxdur. Park bulvarın maraqlı elementlərindən biri də müxtəlif əyləncə növlərinin bir arada təqdim olunmasıdır. Burada yaradılan açıq kafelər yay vaxtı sakinlərin istirahətini daha maraqlı təşkil etməyə imkan verir. Parkda şirniyyat mağazası, fotostudiya, yay kafesi və digər iaşə obyektləri də istifadəyə verilmişdir.

Diqqətə çatdırıldı ki, 120 avtomobil üçün yeraltı dayanacağın da olduğu parkda geniş yaşıllaşdırma işləri görülmüş, avtomatik suvarma sistemi quraşdırılmış, işıqlandırma sistemi yenilənmişdir. Parkın ərazisində inşa olunan üçmərtəbəli və dördmərtəbəli binalarda rəssamlıq, xalçaçılıq və heykəltəraşlıq dərnəkləri fəaliyyət göstərir. Binalarda kafe və restoranlar da vardır. Burada qonaqlara Ukrayna mətbəxinin nümunələri təqdim olunacaqdır.

Bildirildi ki, park bulvarda inşa edilən “Akvarium” əyləncə mərkəzi bütün yaş qruplarından olan insanların istirahətinin maraqlı təşkilinə şərait yaradır. Üç min kvadratmetrlik əyləncə mərkəzində altızolaqlı boulinq zalı yaradılmış, 39 müxtəlif və müasir oyun aparatları qoyulmuş, bilyard zalı istifadəyə verilmişdir. Burada quraşdırılan akvariumlar isə mərkəzin interyerinə xüsusi gözəllik verir. Park bulvarda balacalar da diqqətdən kənarda qalmamışdır. Onlar üçün ayrıca kafe, 8 yaşına qədər uşaqlar üçün labirint əyləncə sahəsi, oyuncaq və zoomağazalar açılmışdır. Müxtəlif attraksionlar və sürüşkənlər balacaların istirahətinin maraqlı və yaddaqalan olmasına imkan verir. Mərkəzdə ən müasir tələblərə cavab verən elektron tir də yaradılmışdır.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tir tüfəngi ilə hədəfə atəş açdı.

Diqqətə çatdırıldı ki, əyləncə mərkəzində 3D və 7D kinoteatrları da fəaliyyət göstərir. Bu kinoteatrlarda ən müasir video və akustika sistemləri quraşdırılmışdır. 

Prezident İlham Əliyev park bulvarda görülmüş işlərdən razılığını bildirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 aprel 2025
17:24
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) milli koordinatorunun təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda şəhərsalma fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və dövlətin...

25 aprel 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 25 aprel 2025
17:22
Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikasının səlahiyyətli qurumunun müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 427-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi...

25 aprel 2025, 17:22
SƏNƏDLƏR Fərmanlar 25 aprel 2025
17:20
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 172-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə...

25 aprel 2025, 17:20
SƏNƏDLƏR Qanunlar 25 aprel 2025
17:18
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının...

25 aprel 2025, 17:18
SƏNƏDLƏR Fərmanlar 25 aprel 2025
17:14
“Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 162-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel...

25 aprel 2025, 17:14