12 sentyabr 2012, 12:15

Sara Sultanova və başqalarından, Zərdab, Azərbaycan

Möhtərəm cənab Prezident, əziz Ali Baş Komandanımız!

Sizin yorulmaz səyləriniz Azərbaycanımıza parlaq, təkrarsız qələbələr gətirir. Sizin əvəzsiz, düşünülmüş diplomatik fəaliyyətiniz, misilsiz qətiyyət və təşəbbüsünüz nəticəsində Azərbaycan zabiti Ramil Səfərov ömürlük həbsdən azad olundu.

Bəli, Siz Vətənimizin qeyrətli oğlunu həbsdən qurtarmaqla bir daha sübut etdiniz ki, hər bir Azərbaycan övladının, hər bir hərbçimizin arxasında məhz Siz dayanmısınız. Sizin yolunuzda hər cür fədakarlıqlara hazırıq. Biz həmişə, hər zaman Sizinləyik, cənab Prezident! İnanırıq ki, Ramil Səfərovu azadlığa buraxmaqla bizi necə sevindirdinizsə, yaxın gələcəkdə Qarabağ torpaqlarını azad etməklə ondan yüzqat artıq sevindirəcəksiniz. Allah Sizi və xalqımızı qorusun!

Zərdab rayonunun ziyalı qadınları adından hörmətlə,

Əməkdar müəllimlər - Sara Sultanova, Çimnaz Məmmədova, Şəmsiyyə Həsənova, “Tərəqqi” medallı müəllimlər – Lalə Əmirəliyeva, Zümrüd Əliyeva, Cavahir İsmayılova və başqaları (cəmi 81 imza).

Azərbaycan Respublikası, Zərdab rayonu.