10:32

Avqustun 29-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub.
Dövlətimizin başçısı bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir.
Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada məqsəd siyasi möhtəkirlikdir.
Dövlətimizin başçısı Azərbaycanın Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət etdiyini, ancaq onların bundan da imtina etdiklərini və məqsədyönlü şəkildə vəziyyətin guya humanitar gərginlik xarakteri daşıdığını təqdim etməyə çalışdıqlarını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər.
Eyni zamanda, Prezident İlham Əliyev bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırılması üçün avtomobil karvanının yola düşdüyünü qeyd edib.
Prezident Emmanuel Makron vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib, Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Dost ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Liviya Dövləti və...
29 may 2025, 19:53Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən...
29 may 2025, 19:50Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi və ən xoş...
29 may 2025, 19:17Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı...
29 may 2025, 18:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Qırğız Respublikası xalqının adından və şəxsən öz adımdan Sizi və Azərbaycan Respublikasının xalqını Müstəqillik Günü...
29 may 2025, 17:54Azərbaycanın çoxəsrlik və zəngin mədəniyyətinin nümayişində, milli-mənəvi irsinin və tarixi-mədəni ənənələrinin təbliğində kinematoqrafiya əsərləri və digər audiovizual əsərlər mühüm rol oynayır. Azərbaycan kinematoqrafiyasının...
29 may 2025, 17:17Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi...
29 may 2025, 17:15Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikası Hökuməti adından və öz adımdan Sizə və Azərbaycan xalqına...
29 may 2025, 16:46Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm.
Sizə...
29 may 2025, 15:47Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Laos xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və...
29 may 2025, 15:45Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Eyni zamanda, qardaş...
29 may 2025, 15:26