ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayerdən

31 may 2023, 18:44

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

1918-ci ildə müsəlman aləmində yaradılmış ilk demokratik dövlət olan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Müstəqillik Günü, həmçinin müdrik rəhbər kimi Sizin Azərbaycanı yüksək səviyyədə inkişaf etdirən və beynəlxalq miqyasda mühüm rolu olan ölkəyə çevirən səmərəli xidmətlərinizi qeyd etmək üçün gözəl bir fürsətdir.

Məhz Sizin müdrik liderliyiniz sayəsində Azərbaycan dünyada mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın dövlət tərəfindən fəal şəkildə müdafiə və təşviq edildiyi, həmçinin bu dəyərlərin dövlət siyasətində təsbit olunduğu nadir ölkələrdən birinə çevrilib. Sizin uzaqgörənliyiniz Azərbaycanın bu sahədə aparıcı qlobal platforma kimi tanınmasına kömək etməkdə davam edir.

Sizə və sevimli Azərbaycan xalqına əlamətdar bayram münasibətilə bir daha təbriklərimi, əmin-amanlıq, firavanlıq arzularımı çatdırıram.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

Ravvin Mark Şnayer

ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55