Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində İlham Əliyevin nitqi

12 oktyabr 2022, 09:51
Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində İlham Əliyevin nitqi

-Hörmətli Sadır Nurqojoyeviç, əziz dostlar, əziz müəllimlər, məktəbin şagirdləri.

İlk növbədə, Qırğızıstan Prezidentinə bu məktəbə Azərbaycanın görkəmli oğlu Heydər Əliyevin adının verilməsi qərarına görə təşəkkürümü bildirmək istərdim. Bu, Bişkekin ən böyük məktəblərindən biridir. Biz bunu xalqlarımız arasında dostluğun, qardaşlığın rəmzi, Heydər Əliyevin xatirəsinə ehtiram kimi dəyərləndiririk. Sadır Nurqojoyeviçin də qeyd etdiyi kimi, bu gün biz daha bir məktəbi, Azərbaycanın digər görkəmli oğlu, Azərbaycan xalqının fəxri olan şairi, mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq məktəbi də ziyarət edəcəyik. Bu əlamətdar hadisələr qardaş ölkələrimiz arasında münasibətlərin xarakterini və ruhunu əks etdirir.

Dünən biz Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışında iştirak etdik. Bu park gözəl müasir istirahət mərkəzi olmaqla yanaşı, xalqlarımızın qardaşlığını da əks etdirir. Bu gün bizim yaşadığımız bu əlamətdar hadisələr xalqlarımızın yaddaşında uzun illər dərin iz buraxacaq. Əminəm ki, ölkələrimiz arasında qardaşlıq münasibətləri mənim dövlət səfərimin nəticələrinə görə yeni dinamika, yeni stimul alacaq.

Qırğızıstan Prezidentinin vurğuladığı kimi, Heydər Əliyev tarixdə dərin iz buraxan görkəmli şəxsiyyətdir. O, iş yerindən və ictimai-siyasi quruluş formasından asılı olmayaraq, həmişə – istər Sovet dövründə Azərbaycanın rəhbəri olaraq, Azərbaycan Respublikasını sosial-iqtisadi inkişaf üzrə son yerlərdən keçmiş SSRİ-nin qabaqcıl respublikaları sırasına çıxaranda, istər SSRİ-nin iqtisadiyyat, sənaye potensialının nəhəng istiqamətlərinə rəhbərlik edəndə, istər hökumət sədrinin birinci müavini olduğu vaxtlarda, istərsə də xalqın tələbi ilə gənc Azərbaycan Respublikasını iflasa uğramaqdan xilas etməyə çağırıldığı vaxt, gənc Azərbaycan dövləti üçün ən çətin dövrdə ona rəhbərlik edəndə Azərbaycanın maraqlarını müdafiə edib.

Biz uçurum kənarında idik, qonşu ölkənin işğal, hərbi təcavüzü nəticəsində təkcə əraziləri itirmirdik, həm də hərc-mərclik və qardaş qırğını, vətəndaş müharibəsi faciəsi ilə üz-üzə idik. Ən ağır müharibə vətəndaş müharibəsidir. Təəssüf ki, Azərbaycan xalqı bunun acısını çəkib. Yalnız Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının ona inamı sayəsində o, qardaş qırğınını dayandırdı, Azərbaycanın iflasa sürüklənməsinin, gənc respublikamızın parçalanmasının qarşısını aldı, Azərbaycanı inkişaf yoluna çıxardı, sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsinə, investisiyaların cəlbinə, müasir Azərbaycan Ordusunun təməlini qoymağa nail oldu. Bu səbəbdən də biz deyəndə ki, bugünkü Azərbaycan Heydər Əliyevin əsəridir, biz tamamilə haqlıyıq. Biz onun davamçılarıyıq, əlbəttə, vəziyyətin spesifikliyi nəzərə alınmaqla, dəyişən dünya nəzərə alınmaqla, Azərbaycanın müasir imkanları nəzərə alınmaqla və qarşımızda duran çağırışlar nəzərə alınmaqla onun yolu ilə gedirik. Onun bizə etdiyi vəsiyyətlərdən biri ərazi bütövlüyünün bərpası idi ki, biz bunu iki il əvvəl şərəflə yerinə yetirmişik.

Yəqin, hər bir uşağa, hər bir oğlana, qıza, yeniyetməyə həm evdə, həm də məktəbdə deyilir ki, onlar yaxşı oxusunlar. Yəqin, uşaqlara bunu dəfələrlə deyiblər, ola bilər onlar bundan yorulublar. Lakin, əslində, bu, sizi həmişə səslədiyimizdir, çünki bu, gələcəyə yoldur. Bilik, təhsil – bu, o yoldur ki, sizə cəmiyyətdə layiqli yer tutmaq və dövlətinizin möhkəmləndirilməsinə töhfə vermək fürsəti yaradır. Fikrimcə, yaxşı oxumaq üçün hər cür öyüd-nəsihətdənsə, gənc nəslə örnək daha çox təsir göstərir. Mən Heydər Əliyevi, onun orta təhsil haqqında şəhadətnaməsini nümunə göstərə bilərəm. O, azərbaycanlı məktəblilər üçün örnəkdir. Orada bir dənə də olsun “dörd” yoxdur, bütün qiymətlər “beşdir”. Mən bilmirəm, Qırğızıstanda hansı bal sistemi mövcuddur, Azərbaycanda o, dəyişdirilib. Lakin sovet dövründə “beş” ən yüksək qiymət idi. Bax, o, ən kiçik yaşlarından – həm məktəbdə, daha sonra institutda əla oxuyub. O, yerinə yetirilməli olduğu hər bir işə belə tam məsuliyyətlə yanaşıb. Onu da deməliyəm ki, azərbaycanlıların müasir nəslinin tərbiyəsində Heydər Əliyevin rolu öz mənbəyini hələ sovet vaxtlarından götürür. O vaxt Azərbaycan keçmiş SSRİ-də yeganə respublika idi ki, Heydər Əliyevin təkidi ilə minə yaxın azərbaycanlı gənc oğlan və qızı SSRİ-nin ali məktəblərinə göndərmək hüququna malik idi. Bu gənclər belə adlandırılan müsabiqədənkənar qəbuldan keçirdilər. Yəni, onlar Bakıda imtahan verir, SSRİ-nin aparıcı ali məktəblərinə yollanırdılar. Bununla da kadr potensialı yaranırdı ki, bu gün Azərbaycanda ona tələbat olduqca çoxdur. Sizin diqqətinizə onu da çatdırmaq istəyirəm ki, Heydər Əliyev tərəfindən əsası qoyulan hərbi quruculuq işi də bu gün bizə öz ərazilərimizi uğurla müdafiə etmək imkanı verir. Məhz onun qərarı ilə 1970-ci illərdə Bakıda general Cəmşid Naxçıvanski adına uşaqları hərbi xidmətə hazırlayan məktəb yaradıldı. Bu, Heydər Əliyevin uzaqgörənliyi, gələcəyə istiqamətlənən fəaliyyəti idi. Sanki o, qabaqcadan görürdü ki, Azərbaycan gözəl bir gündə müstəqil dövlətə çevriləcək, bizə ordu lazım olacaq, bizə mütəxəssislər lazım olacaq. Belə də oldu və biz hər bir situasiyaya hazır olmalıyıq.

Mən Heydər Əliyevin xatirəsinə bu cür ehtirama görə Qırğızıstan Prezidentinə, qardaş Qırğız xalqına bir daha təşəkkür etmək istərdim. Həmçinin çıxışımın sonunda Heydər Əliyev adına məktəbin və Nizami Gəncəvi adına məktəbin müəllim və şagirdlərini Azərbaycana dəvət etmək istərdim. İndi mənim tərəfimdən müvafiq göstərişlər verilir. Mən sizi yaxın tətillərdə dəvət edirəm. Biz sizin səfərinizi, Bakıda, arzulasanız Azərbaycanın digər yerlərində qalmağınızı təşkil edəcəyik. Fikrimcə, bütövlükdə, bizim tədris müəssisələri ilə belə münasibətlərin, əlaqələrin yaradılması üzrə işlərə artıq indi başlamaq lazımdır. Bu, bizim gəncləri əməkdaşlıq, qardaşlıq, dostluq ruhunda tərbiyə edəcək. Bu, bizi qarşılıqlı zənginləşdirəcək. Bütün Azərbaycan xalqına bugünkü belə gözəl hədiyyənizə görə təşəkkür edirəm. Qardaş Qırğızıstan xalqına sülh, firavanlıq arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 25 aprel 2025
17:24
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) milli koordinatorunun təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda şəhərsalma fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və dövlətin...

25 aprel 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 25 aprel 2025
17:22
Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikasının səlahiyyətli qurumunun müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 427-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi...

25 aprel 2025, 17:22
SƏNƏDLƏR Fərmanlar 25 aprel 2025
17:20
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 172-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə...

25 aprel 2025, 17:20
SƏNƏDLƏR Qanunlar 25 aprel 2025
17:18
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının...

25 aprel 2025, 17:18
SƏNƏDLƏR Fərmanlar 25 aprel 2025
17:14
“Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 162-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel...

25 aprel 2025, 17:14