Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
28 May – Müstəqillik Günü münasibətilə Sizə Paraqvay Respublikasının hökuməti və xalqı adından və şəxsən öz adımdan səmimi qardaşlıq salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu əlamətdar bayram münasibətilə qardaş Azərbaycan xalqına sülh, xoşbəxtlik və rifah arzularımı ifadə edir, eyni zamanda Paraqvay Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin daim möhkəmlənməsini diləyirəm.
Fürsətdən istifadə edərək, Zati-alinizə ən dərin hörmət və ehtiramımı bir daha bildirirəm.
Santyaqo Penya
Paraqvay Respublikasının Prezidenti