11:20
Bu dəqiqələrdə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak edirlər.
28 may 2025, 11:20Oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiyada Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke ilə görüşüb.
Görüşdə dövlətimizin başçısı Azərbaycanla Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini xüsusi vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin, geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.
Baş nazir Nikolae-Yonel Çuke Azərbaycanla Rumıniya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluğunu ifadə edib. Baş nazir müxtəlif sahələrdə geniş gündəlik əsasında əlaqələrin daha da inkişafı üçün böyük imkanların olduğunu bildirib. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu xüsusilə qeyd edib.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və bundan irəli gələn məsələlərin icrası baxımından ölkəmizin xüsusi rolu diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanla Rumıniya arasında kənd təsərrüfatı, neft-kimya, energetika, o cümlədən elektrik enerjisinin ixracı, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
Görüşdə, həmçinin ikitərəfli gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı toxunulan məsələlər üzrə müzakirələrin davam etdirilməsi üçün aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verilib.
Rumıniyanın Baş naziri dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət edib. Öz növbəsində Prezident İlham Əliyev Rumıniyanın Baş nazirini Azərbaycana səfərə dəvət edib.
Bu dəqiqələrdə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak edirlər.
28 may 2025, 11:20Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və xalqınıza Portuqaliya xalqı adından və şəxsən öz adımdan...
27 may 2025, 19:55Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz dost.
Azərbaycan Respublikasının milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Sizə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və...
27 may 2025, 19:53Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz Qardaşım.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan, möhkəm cansağlığı və...
27 may 2025, 19:51Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına gürcü xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram....
27 may 2025, 19:49Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi təbrik edirəm.
Mən şadam ki, son illər ölkələrimiz...
27 may 2025, 19:47Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Polşa Respublikası və Polşa xalqı adından, həmçinin öz adımdan Sizə,...
27 may 2025, 19:45Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Albaniya xalqı adından və şəxsən öz adımdan Sizə, xalqınıza səmimi...
27 may 2025, 19:33Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə İsveçrə Federal Şurası və İsveçrə xalqı adından Sizə və həmvətənlərinizə təbriklərimi...
27 may 2025, 19:31Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə Sudan xalqı adından və öz adımdan ən səmimi təbriklərimi, dost xalqınıza davamlı...
27 may 2025, 19:29Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı səmimi-qəlbdən təbrik edirəm. Sizə, ölkənizə və...
27 may 2025, 19:27