İlham Əliyev Yeni Zelandiyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

18 avqust 2022, 11:25
İlham Əliyev Yeni Zelandiyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Zoe Daun Kolson-Sinklerin etimadnaməsini qəbul edib.

Səfir Zoe Daun Kolson-Sinkler etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın fəallaşdırılması üçün mövcud imkanlardan istifadə etməyin zəruriliyini vurğuladı, əlaqələrin genişlənməsinin qarşılıqlı maraqlarımıza cavab verdiyini dedi. Azərbaycanla Yeni Zelandiyanın bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, siyasi sahədə yaxşı dialoqun mövcud olduğunu bildirən dövlətimizin başçısı, eyni zamanda, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin önəmini vurğuladı. Prezident İlham Əliyev bu baxımdan ölkələrimizin imkanları barədə məlumatların çatdırılmasının, biznes dairələri arasında təmasların qurulmasının zəruri olduğunu bildirdi.

Xanım Zoe Daun Kolson-Sinkler ilk dəfə Bakıya səfər etdiyini bildirərək dedi ki, çox gözəl ölkə olan Azərbaycana gəlişindən məmnunluq hissi duyur. Səfir də öz növbəsində əlaqələrin genişləndirilməsi üçün mövcud potensialın reallaşdırılmasının vacibliyini bildirdi. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu vurğulayan səfir beynəlxalq müstəvidə Azərbaycanın və Yeni Zelandiyanın əlaqələrin genişləndirilməsi işinə böyük önəm nümayiş etdirdiyini dedi.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 03 iyun 2026
14:20
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və 2022-ci il 26 iyul tarixli 1764 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin bəzi hərbi qulluqçularının pul təminatının tənzimlənməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

03 iyun 2026, 14:20