İlham Əliyev Samur-Həzrə yolunun açılışında iştirak etmişdir

12 avqust 2010, 16:36
İlham Əliyev Samur-Həzrə yolunun açılışında iştirak etmişdir

Prezidenti İlham Əliyev Samur-Həzrə yolunun açılışında iştirak etmişdir.

Qusar rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsdi.

Məlumat verildi ki, Prezident İlham Əliyevin 2009-cu il 27 avqust tarixli Sərəncamı ilə yolun yenidən qurulmasına dövlət başçısının ehtiyat fondundan 6,5 milyon manat vəsait ayrılmışdır. Uzunluğu 23 kilometr, eni 6 metr olan yol 16 min nəfərə qədər əhalinin yaşadığı 27 kənd və qəsəbəni birləşdirir. Yol Samur qəsəbəsindən başlanır və Həzrə kəndindən sonra üç istiqamətdə - Həzrə-Mucuq, Həzrə-Sudur, Həzrə-Zuxul istiqamətlərində davam edir.

Yeni yolun istifadəyə verilməsi münasibətilə qusarlıları təbrik edən Prezident İlham Əliyev onlara gələcək işlərində uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.

Qusarlıların minnətdarlığını dövlətimizin başçısına çatdıran rayon sakini Məsud Qədimov Qusarın inkişafına, sosial problemlərin aradan qaldırılmasına göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdi.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirdi. 

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50