İlham Əliyev 49 nömrəli “İntellekt” məktəb-liseyin və 21 nömrəli məktəbin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur

05 sentyabr 2012, 14:30
İlham Əliyev 49 nömrəli “İntellekt” məktəb-liseyin və 21 nömrəli məktəbin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur

Prezident İlham Əliyev Bakının Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyin və Yasamal rayonundakı 21 nömrəli məktəbin binalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmiri və yenidən qurulması işləri Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir.

Proqram üzrə Bakı şəhərində məktəblərin əsaslı təmir və bərpa işləri davam etdirilir. Təmir işləri ilə yanaşı, ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də həyata keçirilir.

Prezident İlham Əliyev əvvəlcə Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyində həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanış oldu.

Dövlət başçısı məktəbin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxdı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, Dövlət Proqramına uyğun olaraq məktəbin təmirinə 2012-ci ilin mayında başlanılıb. Ümumi sahəsi 5700 kvadratmetr olan üçmərtəbəli məktəb binasının 51 sinif və yardımçı otaqları, idman və akt zalları, dəhlizlər, sanitariya qovşaqları tam təmir edilmiş, üç kompyuter sinfi yaradılmış, təhsil ocağının həyətində 1500 kvadratmetr sahəyə asfalt örtüyü döşənmiş, binanın əvvəlki dam örtüyü təzələnmiş, pilləkən və tutacaqlar yenilənmiş, foyeyə tamet daşlar düzülmüş, bütün elektrik və kommunikasiya xətləri dəyişdirilmişdir. Məktəbin foyesində və sinif otaqlarında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin fotoları və milli dövlət atributları asılmışdır.

Dövlət başçısı sinif otaqlarında yaradılan şəraitlə yaxından tanış oldu.

Ətraf ərazilərdə yaşayan əhalinin sayının artması ilə əlaqədar məktəbin yeni sinif otaqlarına olan tələbatı nəzərə alınaraq təhsil burada 36 əlavə sinif otağı üçün nəzərdə tutulmuş, 660 şagird yerlik, üçmərtəbəli yeni tədris korpusu da inşa olunmuşdur.

Prezident İlham Əliyev yeni korpusda yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, yeni korpusda tikinti işləri müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə aparılmışdır. Yeni korpusdakı sinif otaqlarında da müasir təhsil üçün hər cür şərait yaradılmışdır. Korpusun mansardında ibtidai sinif şagirdləri üçün idman və internet şəbəkəsinə qoşulmuş müasir kompyuter zalları fəaliyyət göstərəcəkdir. Kompyuter zalı şagirdlərin informatika sahəsində biliklərinin artırılması üçün digər vəsaitlərlə də təmin olunmuşdur. Məktəbin həyəti və ətraf ərazi abadlaşdırılmış, yaşıllaşdırma işləri görülmüşdür.

Həyətyanı sahədə yeni qazanxana tikilərək müasir istilik avadanlığı ilə təchiz olunmuşdur. Tədris korpusunun istiliklə təminatı tam həll edilmiş, su, işıq və kanalizasiya xətləri çəkilmiş, məktəbin içməli su ilə tam təchizatı üçün müvafiq işlər görülmüşdür.

X X X

Sonra Prezident İlham Əliyev paytaxtın Yasamal rayonundakı 20 Yanvar şəhidi Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış oldu.

Dövlət başçısı burada da məktəbin təmirdən əvvəlki və yenidənqurma işlərindən sonrakı vəziyyətini əks etdirən fotostendə baxdı.

Görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, 21 nömrəli məktəbin əvvəlki binası 1953-cü ildə inşa edilib, ilk vaxtlar 7 illik, 1958-ci ildən isə tam orta məktəb kimi fəaliyyət göstərib. Məktəbdə 920 şagird təhsil alır, 85 müəllim pedaqoji fəaliyyətlə məşğul olur.

Dövlət Proqramına uyğun olaraq 21 nömrəli tam orta məktəbin əsaslı təmiri və şagird sıxlığının aradan qaldırılması məqsədi ilə 16 əlavə sinif otağının tikintisi yüksək səviyyədə həyata keçirilib. Məktəbin 25 sinif otağı, o cümlədən fizika, kimya, biologiya, informatika kabinetləri və laboratoriyalar müasir avadanlıq və informasiya-kommunikasiya texnologiyaları ilə tam təmin edilmişdir.

Prezident İlham Əliyev məktəbin ayrı-ayrı sinif otaqlarında, kabinetlərdə və laboratoriyalarda yaradılan şəraitlə yaxından tanış oldu.

Təhsil ocağının girişi və hasarı yenidən qurulmuş, döşəmə, tavan, qapı və pəncərələr ən müasir və keyfiyyətli inşaat materialları ilə işlənmişdir. Ərazi abadlaşdırılmış, 1339 kvadratmetr sahədə yeni yaşıllıq zolaqları salınmış, 1000 kvadratmetr sahəyə asfalt örtüyü, 1000 kvadratmetr sahəyə isə tamet döşənmişdir. Sanitariya qovşaqları, enerji, istilik, su sistemləri tamamilə yenidən qurulmuşdur. Məktəbin həyətində içməli su və yanğın təhlükəsizliyi ehtiyatı üçün hər birinin tutumu 100 ton olan su anbarları tikilmişdir. Məktəbdə 20 Yanvar şəhidi Eldar Məmmədovun büstü bərpa olunmuş, təhsil ocağının girişində onun guşəsi yaradılmışdır. Hazırda məktəbin əlavə tədris korpusunun, idman və iclas zalının, yeməkxananın, emalatxananın tikintisi, idman meydançasının yaradılması ilə bağlı işlər davam etdirilir.
Görülən işlərlə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 sentyabr 2024
15:42
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                     

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı...

28 sentyabr 2024, 15:42
SƏNƏDLƏR Fərmanlar 28 sentyabr 2024
15:38
“Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə...

28 sentyabr 2024, 15:38
SƏNƏDLƏR Sərəncamlar 28 sentyabr 2024
13:48
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadənin...

28 sentyabr 2024, 13:48
SƏNƏDLƏR Fərmanlar 28 sentyabr 2024
13:44
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Mərkəzi və yerli icra...

28 sentyabr 2024, 13:44
SƏNƏDLƏR Fərmanlar 28 sentyabr 2024
13:40
“Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə...

28 sentyabr 2024, 13:40