İlham Əliyev yeni inşa olunan 329 nömrəli tam orta məktəbin və uşaq bağçasının açılış mərasimlərində iştirak etmişdir

04 sentyabr 2012, 19:40
İlham Əliyev yeni inşa olunan 329 nömrəli tam orta məktəbin və uşaq bağçasının açılış mərasimlərində iştirak etmişdir

Bakının Səbail rayonunun Badamdar qəsəbəsində yeni inşa olunan 329 nömrəli tam orta məktəbin və uşaq bağçasının binaları istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimlərində iştirak etmişdir.

Prezident İlham Əliyev 2011-ci ilin aprelində Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərlə tanışlıq məqsədilə Badamdarda olarkən keçirdiyi görüş zamanı sakinlər burada yeni məktəbə və uşaq bağçasına ehtiyac olduğunu bildirmişdilər. Dövlətimizin başçısı elə həmin gün Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq bağçasının və 880 şagird yerlik ümumtəhsil məktəbinin binalarının tikintisinə başlamaq haqqında Sərəncam imzalamışdı. Sərəncama uyğun olaraq dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yeni məktəb və uşaq bağçası binalarının inşasına başlanılmışdı. Prezidentin tapşırıqlarına uyğun olaraq 329 nömrəli tam orta məktəbin yeni binası qısa vaxt ərzində yüksək standartlara uyğun tikilmişdir.
Prezident İlham Əliyev əvvəlcə 329 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak etdi.

Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsdi.

Görülən işlərlə bağlı Prezidentə məlumat verildi. Məktəbin birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotostend yaradılmışdır. Bildirildi ki, 3 əsas mərtəbədən və zirzəmidən ibarət binanın ümumi sahəsi 6 min 581 kvadratmetrdir. Məktəbdə 48 sinif, 4 kompyuter, 3 laboratoriya otağı, tarix, riyaziyyat və hərbi hazırlıq kabinetləri yaradılmışdır. Kompyuter otaqları internet şəbəkəsinə qoşulmuşdur. Binanın fasad və divarları üzlük daşla üzlənmiş, burada böyük kitabxana, yeməkxana və bufet, tibb otaqları, idman və kütləvi tədbirlərin keçirilməsi üçün 120 nəfərlik akt zalı yaradılmışdır.

Dövlət başçısı ayrı-ayrı sinif otaqlarına baxdı, tədris şəraiti ilə tanış oldu. Məktəbin həyətində idman meydançasının qurulduğu da qeyd olundu. Məktəbin 8 min 800 kvadratmetr həyətyanı sahəsinin 5 min kvadratmetr hissəsinə asfalt örtük döşənmiş, abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Məktəbin həyətində 1500 kvadratmetrlik istinad divarı tikilmiş və üzlənmişdir. Binanın ərazisi abadlaşdırılmış, məktəb istiqamətində uzanan küçə təmir olunaraq asfaltlaşdırılmışdır.

Məktəb binasının qarşısındakı pilləkənlər qranitdən, daxili pilləkənlər isə mərmərdən qurulmuş, tutacaqlar quraşdırılmışdır. Təhsil müəssisəsi üçün yeni elektrik, qaz, su və kanalizasiya xətləri çəkilmiş, istilik sistemi qurulmuş, müasir qazanxana tikilmişdir. Həyətdə yeni elektrik transformatoru quraşdırılmış, nasosxana yaradılmışdır. Binanın bütün gün ərzində içməli su ilə tam təchizatı üçün müvafiq işlər görülmüşdür. Məktəbdə müşahidə kameraları, yanğından xəbərdarlıq qurğuları da quraşdırılmışdır. Tədris ocağı yeni mebel, avadanlıq, dərs ləvazimatları ilə tam təmin olunmuşdur.

X X X

Dövlət başçısı məktəb binasında yaradılan şəraitlə tanışlıqdan sonra qəsəbədə inşa olunan 120 yerlik yeni uşaq bağçasının açılış mərasimində iştirak etdi.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi.

Uşaq bağçasında yaradılan şəraitlə bağlı Prezidentə məlumat verildi. Binanın foyesində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara qayğısından bəhs edən stendlər quraşdırılmışdır. İki mərtəbədən ibarət binada uşaqların təlim-tərbiyəsi üçün bütün lazımi şəraitin yaradıldığı qeyd olundu. Bildirildi ki, ümumi sahəsi 1620 kvadratmetr olan bağça binası qısa müddətdə tikilərək üzlük daşla üzlənmişdir. Bağçada 6 qrup fəaliyyət göstərəcəkdir. Uşaqlar üçün nəzərdə tutulan qrup və yataq otaqlarından başqa böyük və işıqlı yeməkxana, musiqi və idman zalları, tibb və oyun otaqları, mətbəx, yardımçı otaqlar da yaradılmışdır. Bağça binasında müasir istilik sistemi qurularaq qazanxanaya birləşdirilmişdir. Yeni kommunikasiya xətləri çəkilmiş binanın su ilə daimi təminatı üçün həyətdə 3 çən qurulmuş, nasosxana tikilmişdir. Binada yanğından xəbərdarlıq sistemi qurulmuşdur.

Dövlət başçısı bağçada yaradılan şəraitlə yaxından tanış oldu. Binanın həyətində də abadlıq işləri görülmüş, 1000 kvadratmetr sahəyə asfalt döşənmiş, idman və əyləncə qurğuları quraşdırılmış, istirahət guşələri, həmçinin yol hərəkəti təhlükəsizliyi qaydalarının öyrədilməsi üçün meydança yaradılmışdır. Bağça binasının qarşısındakı pilləkənlər qranitdən, daxili pilləkənlər isə mərmərdən düzəldilmişdir.

Uşaq bağçasında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42