18:50
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi...
27 mart 2025, 18:50
Prezident İlham Əliyev “Akkord” qranit-mərmər zavodunun açılış mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyev “Akkord” qranit-mərmər zavoduna gəldi. Dövlət başçısına məlumat verildi ki, ölkəmizdə qranit və mərmər məhsullarının istifadəsinə artan tələbat bu istehsal sahəsinin genişləndirilməsi zərurətini yaratmışdır. Bu məqsədlə “Akkord” Şirkətlər Qrupu tərəfindən genişmiqyaslı tikinti-yenidənqurma işləri həyata keçirilmiş, daha müasir avadanlıqla təchiz olunan və geniş istehsal imkanlarına malik zavod inşa edilmişdir. Zavodun tikilməsi və yenidən qurulmasına 19 milyon manat vəsait sərf olunub ki, bunun da 3,5 milyon manatını İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti və Şirkətlər Qrupunun sərmayəsi təşkil etmişdir.
Dövlət başçısı zavodun sərgi salonu ilə tanış oldu. Salonun girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif istehsal müəssisələrinin açılış mərasimlərində iştirakından bəhs edən fotostend də yaradılmışdır.
Prezident burada qranit və mərmərdən hazırlanmış məhsullara baxdı. Qeyd olundu ki, qranit-mərmər zavodunun Azərbaycanda 2 Ağlay yatağı, Türkiyədə Bej mərmər ocağı, Ukraynada isə qranit yataqları vardır. Zavodda məhsul istehsalında, həmçinin dünyanın bir sıra ölkələrindən gətirilən müxtəlif növ mərmər və qranit bloklardan, oniks və travertendən istifadə edilir. Prezident İlham Əliyev qranit emalı sexinə gəldi. Dövlət başçısı istehsal prosesinin başlanmasını bildirən düyməni basaraq sexi işə saldı.
Qeyd olundu ki, texniki göstəricilərinə görə yüksək keyfiyyətli məhsullar istehsal edilməsi məqsədi ilə zavodda avtomatik idarə edilən dəzgahlar quraşdırılmış, həmçinin zavodun bütün sexlərində ətraf mühitin qorunması məqsədi ilə sutəmizləyici sistem yaradılmışdır. Zavodda böyük və kiçik ölçülü plitələr, pillə və sinəlik, sürahi, qırma kub daş, səki daşları, çanaqaltı daşlar istehsal ediləcəkdir. Daşlar xam, cilalanmış, zehlənmiş və yandırılmış səthlərə malik olacaqdır.
Qranit-mərmər zavodunun ərazisində yeni istehsal sahələri və müasir standartlara uyğun idarəetmə və xidmət binaları inşa olunmuşdur. Burada işçilərin istirahət etməsi və işləməsi üçün hər cür şərait yaradılmış, eyni zamanda yüksək standartlara cavab verən ikimərtəbəli yeməkxana binası tikilmişdir. Zavodda və daş karxanalarında ümumilikdə 200-dən artıq işçinin çalışması nəzərdə tutulur.
Zavodla yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi...
27 mart 2025, 18:50Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Sizi və dost Azərbaycan xalqını əlamətdar Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu bahar, yenilənmə və birlik bayramında Sizə xoşbəxtlik,...
27 mart 2025, 13:25Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Ümid edirəm ki, yüksək mənəvi...
26 mart 2025, 15:17Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Səmimi qəlbdən...
26 mart 2025, 15:15Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi...
26 mart 2025, 15:13Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə, Azərbaycan Respublikasının hökumətinə və qardaş xalqına ən səmimi təbriklərimi və ən xoş arzularımı...
26 mart 2025, 14:54Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Banqladeş münasibətlərinin...
26 mart 2025, 11:02Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Beynəlxalq bayram – Novruz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Sizə göndərməkdən şərəf duyuram.
Baharın gecə...
25 mart 2025, 10:58Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Təbiətin oyanışı və həyatın yeni mərhələsinin başlanğıcının, daha yaxşı gələcəyə inamın rəmzi olan gözəl Novruz bayramı...
25 mart 2025, 10:56Hörmətli cənab Baş nazir,
Əziz Qardaşım,
Pakistan İslam Respublikasının milli bayramı − Pakistan Günü münasibətilə Sizi və qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı...
23 mart 2025, 11:00