Vəhdət Partiyasının sədri Tahir Kərimlidən

24 dekabr 2021, 11:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan tarixinə şanlı səhifə yazan çox hörmətli Prezidentimiz.

Sizi Vəhdət Partiyasının adından və öz adımdan 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı və uğurlar diləyirəm.

Siz dövlət quruculuğunda və milli taleyimizin həllində ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasi kursun məharətli davamçısı oldunuz. Hakimiyyətiniz dövründə iqtisadiyyatımız daha da möhkəmləndi, hərbi qüdrətimiz artdı, beynəlxalq nüfuzumuz yüksəldi, ölkədə geniş quruculuq işləri görüldü, müxalifət partiyalarının nümayəndələri parlament rəhbərliyində təmsil olundular.

Sizin rəhbərliyiniz altında Prezident-Ordu-Xalq birliyi yarandı. Məhz Ali Baş Komandan kimi məharətli rəhbərliyiniz və diplomatik qabiliyyətiniz sayəsində dövlətimiz 44 gün ərzində zalım düşmən üzərində parlaq Qələbə qazandı, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad olundu və müvəffəqiyyətli dinc quruculuq işlərinə başlanıldı.

Siz təkcə Azərbaycanın deyil, bütün Türk-İslam dünyasının başını uca etdiniz. Mehriban xanımla birlikdə xalqımıza, şəhid və qazi ailələrinə böyük himayədarlıq etdiniz.

Cənab Prezident, Sizin müvəffəqiyyətlərinizi saymaqla qurtaran deyil. İcazə verin, bildirim ki, Vəhdət Partiyası Sizin daxili və xarici siyasətdə strateji xəttinizi daim birmənalı şəkildə dəstəkləyəcəkdir.

Sizi yubileyiniz münasibətilə bir daha təbrik etməkdən şərəf duyduğumuzu bildirir, ən xoş arzularımızı çatdırıram.

Hörmətlə,

Tahir Kərimli

Vəhdət Partiyasının sədri,

Milli Məclisin deputatı.

SƏNƏDLƏR Sərəncamlar 30 oktyabr 2024
14:49
“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3382 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının...

30 oktyabr 2024, 14:49
SƏNƏDLƏR Fərmanlar 29 oktyabr 2024
16:15
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli 1340 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1541 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

29 oktyabr 2024, 16:15