İlham Əliyev Qaradağ rayonunun Sahil qəsəbəsində salınacaq yeni parkın ərazisinə baxmışdır

10 iyul 2012, 15:20
İlham Əliyev Qaradağ rayonunun Sahil qəsəbəsində salınacaq yeni parkın ərazisinə baxmışdır

Prezident İlham Əliyev Qaradağ rayonunda yeni “Holcim-Azərbaycan” sement zavodunun açılış mərasimindən sonra yolüstü Sahil qəsəbəsindəki çoxmərtəbəli yaşayış binalarının abadlaşdırılması işləri ilə tanış olmuş, burada salınacaq yeni parkın ərazisinə baxmışdır.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov görülən və həyata keçiriləcək işlərlə bağlı dövlət başçısına məlumat verdi. Bildirildi ki, qəsəbədəki yaşayış binalarının fasadları tamamilə yenidən qurulur, onların xarici görkəmi ən müasir qaydada təzələnir. Prezident İlham Əliyev təmir və yenidənqurma işlərinin keyfiyyəti ilə maraqlandı.

Burada salınacaq yeni parkla bağlı da dövlətimizin başçısına məlumat verildi. Sahəsi 6 hektar olacaq yeni parkda qəsəbə sakinlərinin istirahəti üçün hər cür şəraitin yaradılacağı qeyd olundu, burada müxtəlif bəzək və gül kollarının əkiləcəyi, yeni yaşıllıq zolaqlarının salınacağı, müasir işıqlandırma sisteminin quraşdırılacağı bildirildi.

Görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 02 iyun 2025
15:49
“Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya...

02 iyun 2025, 15:49
SƏNƏDLƏR Fərmanlar 02 iyun 2025
15:47
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

02 iyun 2025, 15:47
SƏNƏDLƏR Qanunlar 02 iyun 2025
15:45
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda...

02 iyun 2025, 15:45