İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

09 iyul 2012, 14:00
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinod Kumarın etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Vinod Kumar etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Azərbaycan ilə Hindistan arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı səfir Vinod Kumarın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev münasibətlərimizin genişlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi. İqtisadi sahədə qarşılıqlı marağın olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında siyasi, iqtisadi, turizm və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu söylədi.

Hindistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnunluğunu bildirdi. Səfir ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişlənməsində hökumətlərarası birgə komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd etdi. Vinod Kumar Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu dedi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 08 may 2025
16:27
Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının...

08 may 2025, 16:27
SƏNƏDLƏR Sərəncamlar 08 may 2025
16:21
Azərbaycan Respublikasının mədəniyyət və elm xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...

08 may 2025, 16:21