İlham Əliyev Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının birinci və ikinci hissələrinin layihələri çərçivəsində görülən işlərlə tanış olmuşdur

04 iyul 2012, 19:40
İlham Əliyev Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının birinci və ikinci hissələrinin layihələri çərçivəsində görülən işlərlə tanış olmuşdur

Prezident İlham Əliyev Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının birinci hissəsinin layihəsi çərçivəsində Kardiologiya Mərkəzinin qarşısındakı tunelin açılışında iştirak etmiş, magistralın ikinci hissəsinin layihəsi üzrə görülən işlərlə yaxından tanış olmuşdur.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərində yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yol ötürücülərinin tikilməsi, magistral yolların salınması, yeraltı və yerüstü keçidlərin inşası davam etdirilir. Prezident İlham Əliyevin abadlıq və quruculuq işlərini daim diqqət mərkəzində saxlaması nəticəsində görülən işlər vaxtında və yüksək keyfiyyətlə həyata keçirilir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən görülən məqsədyönlü tədbirlər nəticəsində paytaxtın yol-nəqliyyat infrastrukturuna yeni obyektlər əlavə olunmuşdur.

Nəqliyyat naziri Ziya Məmmədov Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının birinci hissəsinin layihəsi çərçivəsində Kardiologiya Mərkəzinin qarşısında tikilmiş tunelin texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, ümumi uzunluğu 566 metr, örtülü hissəsinin uzunluğu 65 metrə, eni isə 23 metrə yaxın olan tunelin inşası yüksək keyfiyyətlə başa çatdırılmışdır. Dörd zolaqdan ibarət tunelin hərəkət hissəsinin eni 15 metrdir. Yolun bu sahəsinin müxtəlif hissələrində yeraltı piyada keçidlərinin inşasının başa çatdırıldığı, körpünün tikintisinin isə tamamlanmaq üzrə olduğu bildirildi.

Dövlət başçısı tunelin açılışını bildirən lenti kəsdi.

Açılışdan sonra Prezident İlham Əliyev yolun rahatlığını yoxlamaq üçün sükan arxasına keçərək avtomobili idarə etdi.
Sonra Prezident İlham Əliyev Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının ikinci hissəsinin layihəsi üzrə görülən işlərlə yaxından tanış oldu. Layihənin texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verildi.

Bildirildi ki, layihəyə görə 6 zolaqdan ibarət yolun bu hissəsinin ümumi uzunluğu 28 kilometr, hərəkət zolaqlarının eni isə 4 metrə yaxındır. Yol boyu avtomobil və dəmir yollarının üzərində 12 körpünün və yol ötürücüsünün inşası nəzərdə tutulur.

Bu yolun inşasında əsas məqsəd Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrini strateji əhəmiyyətli Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan dairəsi-Bilgəh-Sumqayıt avtomobil magistralı vasitəsilə paytaxta daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində beynəlxalq nəqliyyat əlaqəsini təmin etməkdir. Eyni zamanda, yeni magistral həmin yaşayış məntəqələrinə Bakı-Şamaxı avtomobil yoluna çıxmaqla respublikanın qərb zonası ilə təhlükəsiz, iqtisadi baxımdan daha səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcəkdir.

Layihə ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42