İlham Əliyevin və Albaniyanın Baş naziri Sali Berişanın görüşü olmuşdur

26 iyun 2012, 14:00
İlham Əliyevin və Albaniyanın Baş naziri Sali Berişanın görüşü olmuşdur

Prezident İlham Əliyevin və Albaniyanın Baş naziri Sali Berişanın görüşü olmuşdur.

Görüşdə ikitərəfli əlaqələrin hazırki vəziyyəti və perspektivləri müzakirə olundu, enerji, sərmayə qoyuluşu və turizm sahələrində əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu qeyd edildi. Albaniyanın Azərbaycan ilə neft-qaz infrastrukturunun yaradılması sahəsində əməkdaşlıqda maraqlı olduğu bildirildi.

Baş nazir Sali Berişa Albaniyanın Bakıda səfirliyinin açılması istiqamətində işlərin getdiyini dedi və Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55