İlham Əliyev Qəbələdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir

29 iyul 2010, 18:06
İlham Əliyev Qəbələdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir

Prezident İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir.

Ölkənin bütün regionları kimi, Qəbələ də yüksəliş dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da möhkəmlənmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət almışdır. Dövlət başçısının bir neçə dəfə Qəbələyə səfər etməsi mühüm keyfiyyət dəyişiklikləri ilə müşayiət olunmuş, rayonun iqtisadiyyatında sürətli artım qeydə alınmışdır. Elə bu səbəbdəndir ki, hazırda Qəbələ Azərbaycanda gedən sürətli iqtisadi inkişaf prosesinin fəal iştirakçılarından biri olmaqla ölkəmizin qazandığı uğurlarda ciddi paya malikdir.

Rayonda yeni müəssisələrin fəaliyyətə başlaması, mövcud olanlarda yenidənqurma işlərinin aparılması Qəbələnin iqtisadi kompleksinin inkişafı baxımından mühüm amillərdir. Bunun nəticəsidir ki, rayonda 2003-cü illə müqayisədə 2010-cu ildə ümumi məhsul buraxılışının həcmi xeyli artmışdır. Kənd təsərrüfatı məhsullarının artımı 2 dəfədən çox olmuşdur. 2003-2009-cu illərdə rayondakı 450-dən çox müəssisədə 8500-ə yaxın yeni iş yeri açılmışdır. Qəbələnin zəngin turizm potensialının reallaşdırılması üçün də dövlətimizin başçısının tapşırığına müvafiq kompleks tədbirlər həyata keçirilir. Bununla da böyük keçmişi olan Qəbələ yenidən öz tarixi şöhrətini bərpa edir.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ümummilli liderin abidəsini ziyarət etdi.

Prezident İlham Əliyev Heydər Əliyev parkında aparılmış abadlıq və yenidənqurma işləri ilə tanış oldu.

Bildirildi ki, müasir görünüşü ilə diqqət çəkən parkın ərazisi 2 hektardır. Yenidənqurma işləri zamanı əsas diqqət ərazidə yaşıllıqların artırılmasına yönəldilmiş, xüsusi suvarma sistemi quraşdırılmışdır. Parkda rayon əhalisinin və şəhərə gələn qonaqların istirahətinin təşkili üçün bütün şərait yaradılmışdır. Burada oturacaqların sayı artırılmış, ən əsası isə 4 yeni fəvvarə quraşdırılmışdır.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 12 iyun 2025
16:57
Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23...

12 iyun 2025, 16:57
SƏNƏDLƏR Sərəncamlar 12 iyun 2025
16:55
Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il...

12 iyun 2025, 16:55
SƏNƏDLƏR Məktublar 12 iyun 2025
10:36
Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda ikinci iclasının iştirakçılarına

Hörmətli iclas iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi...

12 iyun 2025, 10:36
SƏNƏDLƏR Fərmanlar 11 iyun 2025
15:42
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

11 iyun 2025, 15:42