“Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Turizm haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Gənclər siyasəti haqqında” və “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 303-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 8 iyul tarixli 148 nömrəli, “Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 296 nömrəli, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 17 iyun tarixli 353 nömrəli, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 367 nömrəli, “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının təsdiq edilməsi barədə” 2000-ci il 13 noyabr tarixli 419 nömrəli, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyul tarixli 540 nömrəli, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 6 may tarixli 697 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12 iyun 2021, 16:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Turizm haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Gənclər siyasəti haqqında” və “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 303-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin ikinci hissəsinin beşinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 11-ci maddəsinin ikinci hissəsinin beşinci abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur;

1.3. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.4. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.5. həmin Qanunun 4-cü maddəsinin birinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;

1.6. “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində, 11-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində və ikinci hissəsində, 14-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.7. həmin Qanunun 10-cu maddəsinin dördüncü hissəsində “orqan (qurum)” dedikdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

1.8. həmin Qanunun 11-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində və ikinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;

1.9. həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə vərəqənin müddətinin nəzərdə tutulduğundan artıq müddətə uzadılmasına münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, əmək qabiliyyətinin tam itirilməsinin müəyyənləşdirilməsinə münasibətdə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.10. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 21.3.8-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.11. həmin Qanunun 21.3.8-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;

1.12. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü, 7.1-ci və 7.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.13. həmin Qanunun 5.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

1.14. həmin Qanunun 7.1-ci maddəsində “orqan (qurum)” dedikdə gənclərə tibbi yardım göstərilməsi sahəsində tədbirlər həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, fiziki və reproduktiv sağlamlığın təmin edilməsi sahəsində tədbirlər həyata keçirilməsinə münasibətdə isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə nəzərdə tutulur;

1.15. həmin Qanunun 7.2-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur.

2. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 410; 2008, № 3, maddə 168; 2010, № 8, maddə 718; 2014, № 11, maddə 1409; 2015, № 10, maddə 1130) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. ikinci abzasa “10-cu” sözlərindən sonra “maddəsində, 11-ci maddəsinin ikinci hissəsinin beşinci abzasında” sözləri əlavə edilsin;

2.2. yeddinci abzasa “altıncı abzasında” sözlərindən sonra “və ikinci hissəsinin beşinci abzasında” sözləri əlavə edilsin.

3. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 296 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 163; 2002, № 8, maddə 481; 2008, № 9, maddə 798; 2020, № 12 (I kitab), maddə 1501) ikinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”;

3.2. 2.3-cü bənddə “dördüncü və altıncı” sözləri “beşinci və səkkizinci” sözləri ilə və “dördüncü abzasında” sözləri “beşinci abzasında” sözləri ilə əvəz edilsin.

4. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 iyun tarixli 353 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 432; 2002, № 8, maddə 478; 2003, № 10, maddə 585; 2004, № 1, maddə 19; 2005, № 4, maddə 299; 2008, № 8, maddə 719; 2019, № 2, maddə 230) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. ikinci – dördüncü abzaslar müvafiq olaraq 2.2 – 2.4-cü bəndlər hesab olunsun və aşağıdakı məzmunda 2.1-ci bənd əlavə edilsin:

“2.1. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

4.2. 2.2-ci bənddə “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilsin;

4.3. 2.3-cü bənddən “4-cü maddəsinin birinci hissəsində,” sözləri çıxarılsın;

4.4. aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilsin:

“2.5. həmin Qanunun 4-cü maddəsinin birinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur.”.

5. “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 367 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 507, 2008, № 9, maddə 798) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində, 11-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində və ikinci hissəsində, 14-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsində, 6-cı maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci hissəsində, 8-ci maddəsinin dördüncü hissəsində, 10-cu maddəsinin üçüncü hissəsində, 13-cü maddəsinin birinci və altıncı hissələrində, 14-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 5-ci maddəsinin birinci hissəsində, 10-cu maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 10-cu maddəsinin dördüncü hissəsində “orqan (qurum)” dedikdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

2.5. həmin Qanunun 11-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində və ikinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;

2.6. həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə vərəqənin müddətinin nəzərdə tutulduğundan artıq müddətə uzadılmasına münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, əmək qabiliyyətinin tam itirilməsinin müəyyənləşdirilməsinə münasibətdə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.”.

6. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 795; 2004, № 1, maddə 19; 2007, № 8, maddə 765; 2008, № 3, maddə 168, № 8, maddə 722; 2010, № 8, maddə 718, № 9, maddə 770; 2011, № 5, maddə 378; 2015, № 5, maddə 514, № 9, maddə 976; 2017, № 2, maddə 201, № 5, maddələr 773, 815; 2018, № 3, maddə 413) ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 6-cı hissəsində “səhiyyə və sanitar-epidemioloji nəzarət orqanlarının” sözləri “tibb və sanitariya-epidemioloji xidmət müəssisələrinin” sözləri ilə əvəz edilsin.

7. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 477; 2012, № 12, maddə 1270; 2017, № 7, maddə 1330; 2018, № 10, maddə 2019; 2020, № 7, maddə 876, № 11, maddə 1362) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

7.1. 2.1-ci bəndə “16-cı,” sözlərindən sonra “21.3.8-ci,” sözləri əlavə edilsin;

7.2. 2.4-cü bənddə “və 21.3.8-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin;

7.3. 2.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.7-ci bənd əlavə edilsin:

“2.7. həmin Qanunun 21.3.8-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;”.

8. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 697 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 264; 2004, № 1, maddə 19; 2006, № 9, maddə 743; 2007, № 12, maddə 1240; 2019, № 4, maddə 629; 2020, № 4, maddə 397) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

8.1. 2.1-ci bəndə “Qanununun” sözündən sonra “5.3-cü, 7.1-ci maddələrində, 7.2-ci maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin;

8.2. 2.6-cı bənddə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini” sözləri “orqan (qurum)” dedikdə” sözləri ilə, “və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər” sözləri “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur” sözləri ilə əvəz edilsin;

8.3. 2.10-cu bənddə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini” sözləri “orqan (qurum)” dedikdə” sözləri ilə əvəz olunsun və həmin bəndə hər iki halda “Səhiyyə Nazirliyi” sözlərindən sonra “və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

8.4. 2.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.11. həmin Qanunun 7.2-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;”.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Turizm haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Gənclər siyasəti haqqında” və “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 303-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2021-ci il

SƏNƏDLƏR Fərmanlar 15 may 2025
12:20
“Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11...

15 may 2025, 12:20
SƏNƏDLƏR Fərmanlar 15 may 2025
11:50
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 175-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin...

15 may 2025, 11:50
SƏNƏDLƏR Qanunlar 15 may 2025
11:48
Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 12-ci, 13-cü, 15-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi...

15 may 2025, 11:48
SƏNƏDLƏR Fərmanlar 15 may 2025
11:46
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 191-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis...

15 may 2025, 11:46
SƏNƏDLƏR Qanunlar 15 may 2025
11:40
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Kontitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”...

15 may 2025, 11:40
SƏNƏDLƏR Sərəncamlar 13 may 2025
16:59
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi...

13 may 2025, 16:59