İlham Əliyev Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləyib

20 aprel 2021, 12:05
İlham Əliyev Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləyib

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunun Meyniman kəndinin ərazisində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq tarlası ilə tanış olub.

Dövlətimizin başçısı əkin sahəsində pambıq səpininə start verilməsi prosesini izləyib.

Pambıqçılıqda əvvəlki illərlə məhsuldarlığı müqayisə edən Prezident İlham Əliyev dedi: Altı il bundan əvvəl mən bu məsələ ilə maraqlananda pambıqçılıq demək olar ki, batırdı, cəmi 30-35 min ton yığılmışdı. Keçən il isə 336 min ton, 10 dəfə çox.

Qeyd edək ki, 2015-ci ildən dövlətimizin başçısının kənd təsərrüfatının bir çox sahələrinə xüsusi yanaşmasının şahidi olduq. Nəticədə məhsuldarlıq dəfələrlə artdı, xüsusi stimullaşdırıcı tədbirlər görüldü. Faktların müqayisəli təhlili onu deməyə əsas verir ki, Azərbaycan üçün ənənəvi sayılan pambıqçılıq dirçəlib. Ölkədə hər hektardan məhsuldarlığın 30 sentnerdən yuxarı olduğu cəmi 3 il qeydə alınıb. Konseptual yanaşmanın tətbiq olunduğu 2015-ci ildə bu rəqəm 2 dəfə aşağı idi. Görülən kompleks tədbirlər artıq tarixi maksimuma yenidən çatmağı şərtləndirib. Ötən il hər hektardan məhsuldarlıq 33,6 sentner təşkil edib.

Sonra fermer Elşən Xəlilovun pambıq tarlasında səpinə start verildi.

Bu il Hacıqabulda 300 hektar sahədə pambıq əkini aparılacaq. Artıq əkinlə bağlı tədarükçü şirkət 34 fermerlə müvafiq müqavilələr imzalayıb, onlar lazımi texnika və toxumla təmin ediliblər.

Prezident İlham Əliyev: Deməli, indi 2600 manat alacaqsan.

Elşən Xəlilov: Bəli, orada hər kiloqrama da 10 qəpik.

Prezident İlham Əliyev: Alış qiyməti də artıb?

Elşən Xəlilov: Bəli.

Prezident İlham Əliyev: Ona görə dövlət hər şeyi edib. Belə müasir texnikalar, bu traktorlar hamısı bizdə istehsal olunur?

Elşən Xəlilov: Bəli, cənab Prezident.

Prezident İlham Əliyev: Kombaynlar da ən qabaqcıl texnologiyalar əsasında hazırlanıb.

Azərbaycan pambıqçılığın inkişafı üçün mövcud dəstək mexanizmləri sırasına aqrotexniki dəstək, yəni, fermerlərin toxum, gübrə, pestisid, herbisid, dərmansəpən maşınlar, kultivasiya işini həyata keçirən texnikalarla təminatı, dövlət xətti ilə ölkəyə kifayət qədər ən müasir pambıqyığan kombaynların gətirilməsi, satışa yardım - tədarükçü şirkətlərin müqavilə əsasında məhsulun hər tonunu sortdan asılı olaraq 550-650 manata satın alması, subsidiyaların ayrılması daxildir. Dövlət fermerlərə pambıq sahəsinin hər hektarına görə 260 manat, təhvil verilən pambığın hər tonuna görə 100 manat subsidiya ödəyir. Subsidiyalar pambıqçıların “Fermer kartı”na köçürülür.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 fevral 2025
13:11
“Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə Azərbaycan Respublikasının qoşulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulmaq niyyətini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan...

25 fevral 2025, 13:11
SƏNƏDLƏR Fərmanlar 25 fevral 2025
13:07
“Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 sentyabr tarixli 1050 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının...

25 fevral 2025, 13:07